Naməlum şəxs park halında olan 20-yə yaxın avtomobilin təkərlərini kəsib - VİDEO
Antalyanın Alanya rayonunda bir şəxs park edilmiş təxminən 20 avtomobilin təkərlərini kəsici alətlə deşib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Çarşı məhəlləsində, Damlataş küçəsində baş verib. Park halında olan avtomobillərin sahibləri səhər saatlarında maşınlarının təkərlərinin kəsildiyini aşkarlayıblar. Ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxan sakinlər, gecə saatlarında bir şəxsin avtomobillərin təkərlərini kəsdiyini görərək polisə məlumat veriblər.
Polis əməkdaşları aparılan araşdırma nəticəsində şübhəlini saxlayıblar. Şübhəli şəxs dəymiş ziyanın ödəniləcəyini bildirdikdən sonra hadisə yerinə çağırılan ustalar zədələnmiş təkərləri yeniləri ilə əvəz ediblər.
Məhəllə sakinlərindən Onur Tüzün jurnalistlərə bildirib ki, səhər saatlarında uşağını xəstəxanaya aparmaq üçün avtomobilinə minərkən təkərlərin partladığını görüb.
Gecə saatlarında 20-yə yaxın avtomobilin təkərinin kəsildiyini sonradan öyrəndiyini deyən Tüzün, "Qəribə hadisədir. Məcbur qalıb taksi ilə getdik. Geri qayıdanda polisə müraciət etdik. Şübhəli saxlanılıb. Vəkillər məsələ ilə məşğuldur, problemi həll edirlər. Təkərlər dəyişdirilir. Zərəri özləri ödəyirlər. Şikayətçi olmadıq. Onlar xoş niyyət göstərdilər, biz də qarşılıq verdik", - deyə qeyd edib.
Qeyd edək ki, şübhəlinin avtomobillərin təkərlərini kəsdiyi anlar təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə şübhəlinin küçəyə daxil olaraq kəsici alətlə irəlilədiyi və avtomobillərin təkərlərini deşdiyi açıq şəkildə görünür.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 731 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabr