Keçmiş həyat yoldaşını 55 bıçaq zərbəsi ilə öldürən şəxsə ağırlaşdırılmış ömürlük həbs istənildi
Türkiyənin Konya şəhərində boşandığı həyat yoldaşı Bahriye Kalaycıyı 55 bıçaq zərbəsi ilə qətlə yetirən Fatih Uluşan barəsində davam edən məhkəmə prosesində prokuror əsas ittiham üzrə rəyini açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, prokurorluq təqsirləndirilən şəxs üçün haqsız təhrik və yaxşı hal güzəştləri tətbiq edilmədən ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edib.
Hadisə 2 noyabr 2024-cü il tarixində, saat 12:00 radələrində Karatay rayonunun İsmil məhəlləsi, Emirler ərazisində baş verib. Məlumata görə, 2023-cü ildə boşandığı və bir uşaq anası olan 25 yaşlı Bahriye Kalaycının yaşadığı ünvana gedən 27 yaşlı Fatih Uluşan, keçmiş həyat yoldaşını söhbət bəhanəsi ilə avtomobilinə mindirib və boş əraziyə aparıb. Burada yaranan mübahisə zamanı Kalaycını 55 dəfə bıçaqlayıb. Daha sonra eyni bıçaqla özünü də boynundan yaralayıb.
Uluşanın bir qohumuna zəng edərək xəbər verməsindən sonra hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Həkimlər Bahriye Kalaycının hadisə yerində həyatını itirdiyini müəyyən ediblər. Ağır yaralanan Fatih Uluşan isə Konya Şəhər Xəstəxanasına çatdırılıb. Müalicədən sonra o, məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Konya Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq yekunlaşdırılaraq iş Konya 2-ci Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İttiham aktında şübhəlinin cinayət alətlərini əvvəlcədən hazırladığı, əməli soyuqqanlılıqla törətdiyi və mərhumun bədənində 11-i öldürücü olmaqla ümumilikdə 55 bıçaq yarası olduğu qeyd olunub.
Bu gün keçirilən məhkəmə iclasında Bahriye Kalaycının valideynləri Elife və Ahmet Kalaycı, təqsirləndirilən Fatih Uluşan və tərəflərin vəkilləri iştirak ediblər. Ata Ahmet Kalaycı çıxışında, "Bu adam qızımı öldürəcəyini bilirdi. Kameranı tək bucağa sabitləyib, yanına iki bıçaq alıb. Bıçaqladıqdan sonra başında oturub siqaret çəkərək ölməsini gözləyib. 55 yerdən bıçaqlamağın harası sədaqətdir?" deyə bildirib.
Müdafiə çıxışında Fatih Uluşan peşman olduğunu söyləyib.
Respublika prokuroru sanığın "qəsdən və planlı şəkildə keçmiş həyat yoldaşını, qadını öldürmə" cinayətini törətdiyinin sübuta yetirildiyini vurğulayaraq, heç bir endirim tətbiq olunmadan ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib. Məhkəmə heyəti tərəf vəkillərinin müdafiə üçün hazırlıq görməsi məqsədilə iclası təxirə salıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 825 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrGəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl
4 oktyabr2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı
"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik
11 oktyabrGürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabrTürkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video
Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil
11 oktyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabr