"Onun siyasətində praqmatizm, milli maraqlar və beynəlxalq hüquq əsas xətt kimi çıxış edir" - AÇIQLAMA
"Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günü təkcə bir təqvim hadisəsi deyil, müasir Azərbaycan dövlətçiliyinin keçdiyi yolun və əldə etdiyi nəticələrin dəyərləndirilməsi üçün mühüm fürsətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son onilliklərdə mürəkkəb geosiyasi mühitdə milli maraqlarını qətiyyətlə qoruyan, regional və qlobal miqyasda söz sahibi olan güclü dövlətə çevrilib".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, onun liderliyi dövründə ölkədə siyasi sabitlik möhkəmlənib, iqtisadi dayanıqlıq təmin olunub, enerji və nəqliyyat layihələri ilə Azərbaycan Avrasiyanın strateji xəritəsində mühüm mövqe qazanıb:
"Ən başlıcası isə tarixi ədalət bərpa olunub, ərazi bütövlüyü təmin edilib və Azərbaycan xalqı qalib dövlətin vətəndaşı kimi yeni mərhələyə qədəm qoyub. Bu, yalnız hərbi qələbə deyil, uzunmüddətli siyasi iradənin, strateji səbrin və dövlət ağlının nəticəsidir.
Prezident İlham Əliyev idarəetmədə klassik dövlətçilik ənənələri ilə müasir çağırışları uzlaşdıran lider modelini formalaşdırıb. Onun siyasətində praqmatizm, milli maraqlar və beynəlxalq hüquq əsas xətt kimi çıxış edir. Bu yanaşma Azərbaycanın gələcək inkişafı üçün etibarlı zəmin yaradır.
Bu əlamətdar gündə dövlət başçısına möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətçiliyinin daha da güclənməsi naminə uğurlu fəaliyyət arzulayırıq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 800 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrAzərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar
15 oktyabrAzərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrFüzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
15 oktyabr