Dəhşətli ailə faciəsi: Atasını və qardaşı arvadını güllələdi, 3 saat sonra təslim oldu - VİDEO
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda ailədaxili mübahisə silahlı insidentlə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ulukapı məhəlləsi, Aşağı Bayır küçəsində baş verən hadisədə Hasan Ali Y. atası və qardaşı arvadını tapança ilə vuraraq ağır yaralayıb.
Əldə olunan məlumata görə, 46 yaşlı Hasan Ali Y. ilə bitişik binada yaşayan atası, 75 yaşlı Ali Y. arasında ailəvi səbəblərdən mübahisə yaranıb. Mübahisə zamanı Hasan Ali Y. atası Ali Y.-ni və qardaşı arvadı olan 62 yaşlı Nora D.-ni tapança ilə güllələyib.
Silah səslərini eşidən qonşular hadisə yerinə gəlsə də, Hasan Ali Y. onları əlində silahla qarşılayaraq evə daxil olmağa imkan verməyib. O, hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarını da uzun müddət evə buraxmayıb.
Manavqat Rayon Jandarma Komandanlığı və JASAT əməkdaşlarının hadisə yerinə cəlb olunmasından sonra Hasan Ali Y. atasının evindən çıxaraq öz evinə keçib və qapını kilidləyib. Bu vaxt jandarma və tibb işçiləri evdə yaralı vəziyyətdə olan Ali Y. və Nora D.-ni çıxararaq xəstəxanaya çatdırıblar.
İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olan Ali Y. Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyata alınıb. Nora D. isə Manavqat Dövlət Xəstəxanasında əməliyyat olunub. Hər iki yaralının həyati təhlükəsinin davam etdiyi bildirilib.
Hadisədən sonra istifadə etdiyi silahla birlikdə öz evinə sığınan və qapını bağlayan Hasan Ali Y. jandarmanın təslim ol çağırışlarına uzun müddət müsbət cavab verməyib. Yaxın dostları və sevdiyi şəxslərin də kömək üçün hadisə yerinə gəlməsindən sonra o, təxminən 3 saat sonra silahı ilə birlikdə təslim olub. Şübhəlinin polisdəki ifadəsi alındıqdan sonra Manavqat Ədliyyəsinə göndəriləcəyi bildirilib.
Araşdırma zamanı məlum olub ki, Hasan Ali Y. ötən cümə günü Çakalderesi ərazisində yerləşən iş yerində iki nəfəri tapança ilə vuraraq öldürən Ömer Y.-nin kiçik qardaşıdır. Ağır yaralanan Nora D.-nin isə Ömer Y.-nin həyat yoldaşı olduğu qeyd edilib.
Bildirilib ki, gənclik illərində uzaq şərq döyüş növləri ilə məşğul olan və müxtəlif dərəcələrə sahib olan Hasan Ali Y. dolanışığını inşaat işçisi kimi təmin edib. Onun uzun müddətdir atası ilə problemlər yaşadığı, 2017-ci ildə aralarında yaranan mübahisə zamanı atası Ali Y. tərəfindən bıçaqlanaraq yaralandığı da açıqlanıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır
"Polat Alemdar" oğulları ilə - Fotolar
Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Firad Əliyevin oğlu da tələbə adını qazandı - FOTO
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - "715 min dollarımı vermirlər"
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Sabah hava necə olacaq?
Bu ünvanlardakı binalar sökülə bilər
"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia
Bu ixtisas üzrə plan yerləri AZALDI: Əmək bazarına necə təsir edəcək?
David Seliverstovdan Novella Cəfəroğluna sillə kimi cavab: "Azərbaycanda "siyasi məhkum" yoxdur"
Toylarının bitməsinə az qalmış aldıqları xəbərlə sevincdən dəliyə döndülər - VİDEO
Təmirdən sonra "28 May" və "Nizami" stansiyalarında bu YENİLİKLƏR olacaq - AÇIQLAMA