"Azərbaycan cəmiyyəti başsağlığı bəyanatları yox, konkret addım gözləyir" - AÇIQLAMA
"Bu gün AZAL-a məxsus təyyarə faciəsinin bir ili tamam olur və əsas sual hələ də açıq qalır: Rusiya niyə etməli olduğunu etmir? Bir il az vaxt deyil. Bu müddət ərzində Moskva nə tam məsuliyyət ortaya qoydu, nə də beynəlxalq hüquqa uyğun davranış sərgilədi. Ən vacibi isə - kompensasiya məsələsi hələ də ortalıqdadır. Bu artıq açıq siyasi problemdir".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Rusiya bu məsələni nə qədər gecikdirsə, məsuliyyətdən bir o qədər qaçmış görünür:
"Beynəlxalq mülki aviasiya praktikası aydındır: hava məkanında və ya məsuliyyət zonasında baş verən faciəyə görə zərərçəkən tərəfə kompensasiya ödənilməlidir. Bu, "xoş niyyət jesti" deyil, hüquqi öhdəlikdir. Rusiya isə məsuliyyəti paylaşmaq əvəzinə, prosesi uzadır, mövzunu susqunluqla aşındırmağa çalışır. Bu yanaşma nə dövlət davranışıdır, nə də iddia edilən "müttəfiqlik ruhu"na uyğundur.
Daha təhlükəli məqam odur ki, kompensasiyanın gecikdirilməsi insan həyatına biganəlikdir. Söhbət həyatını itirmiş insanların ailələrindən, dağılan talelərdən gedir. Rusiya bu məsələni nə qədər gecikdirsə, məsuliyyətdən bir o qədər qaçmış görünür.
Bir il keçib və artıq bəhanə limiti dolub. Azərbaycan cəmiyyəti başsağlığı bəyanatları yox, konkret addım gözləyir. Rusiya kompensasiya ödəməlidir. Bu, nə zəiflikdir, nə uduzmaqdır. Əksinə, məsuliyyət götürmək dövlət ciddiyyətinin göstəricisidir. Əks halda bu faciə təkcə bir qəza yox, etimadın qırıldığı tarix kimi yadda qalacaq. Rusiya Ukraynadakı işğalçılığına görə onsuz da tək qalıb".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 908 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrAzərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar
15 oktyabrAzərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabrFüzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
15 oktyabr