"Faciənin ildönümündə AZAL təyyarəsinin ekipaj üzvlərinin xatirəsi dərin ehtiramla anılır" - DEPUTAT
"2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysi zamanı Aktau yaxınlığında qəzaya uğraması Azərbaycan aviasiya tarixinin ən ağır faciələrindən biri kimi yadda qaldı. Hadisə nəticəsində 38 nəfər həlak oldu, 29 nəfər yaralandı və bu faciə təkcə insan itkisi deyil, eyni zamanda beynəlxalq miqyasda ciddi suallar doğuran hadisə kimi tarixə düşdü".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəzanın ilk günlərindən etibarən məsələni şəxsi nəzarətinə götürdü, hadisənin obyektiv araşdırılması və həqiqətlərin üzə çıxarılması üçün prinsipial mövqe nümayiş etdirdi:
"Açıq şəkildə bəyan edildi ki, təyyarə Rusiya Federasiyasının hava məkanında xaricdən zədə alıb, radioelektron mübarizə vasitələrinin təsiri ilə idarəetməni itirib və yerdən açılan atəş nəticəsində ağır zədələnib.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla qəza zamanı yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərmiş ekipaj üzvlərinin xatirəsi dövlət səviyyəsində əbədiləşdirildi. Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızına ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olundular.
Azərbaycan dövləti baş verənlərlə bağlı Rusiya tərəfinə öz tələblərini açıq şəkildə çatdırdı: üzrxahlıq, günahın etirafı, məsul şəxslərin cəzalandırılması və zərərçəkənlərə kompensasiya ödənilməsi. Bu mövqe Azərbaycanın beynəlxalq hüquqa, ədalətə və öz vətəndaşlarının haqqına sadiqliyinin ifadəsidir.
Faciənin ildönümündə AZAL təyyarəsinin ekipaj üzvlərinin xatirəsi dərin ehtiramla anılır. Bu hadisə bir daha göstərdi ki, insan həyatının təhlükəsizliyi, şəffaf araşdırma və beynəlxalq məsuliyyət anlayışı güzəşt mövzusu ola bilməz. Azərbaycan həqiqətlərin tam üzə çıxarılması və ədalətin bərqərar olması istiqamətində mübarizəsini sona qədər davam etdirəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi