"Rusiya vətəndaşları üçün real təhlükə Almaniyada deyil, elə Rusiyanın özündədir" - AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını kəskin zərurət olmadığı halda Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb.
"İnterfaks" agentliyi xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, müvafiq tövsiyələr nazirliyin və Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərinin rəsmi resurslarında dərc olunub:
"Bu tövsiyələr Almaniyaya ezam olunan jurnalist korpusunun nümayəndələri üçün də faydalı ola bilər, çünki müəyyən problemlər mövcuddur".
Mariya Zaxarova bu açıqlamanı Almaniyada Rusiya vətəndaşları ilə bağlı baş verən insidentlər fonunda verdiyini bildirib.
"Rusiya XİN-in Almaniya ilə bağlı bu çağırışı ilk baxışdan "təhlükəsizlik qayğısı" kimi təqdim olunsa da, əslində Moskvanın klassik qorxu diplomatiyasının növbəti nümunəsidir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Rusiya illərdir Qərbi "rusofobiya", "təqib", "təhlükə" narrativi ilə demonizə edir, amma eyni zamanda öz vətəndaşlarının hüquqlarını real mənada qorumaq üçün beynəlxalq mexanizmlərə müraciət etmir. Almaniyada baş verən ayrı-ayrı insidentləri ümumiləşdirib bütöv bir ölkəni "risk zonası" kimi təqdim etmək siyasi manipulyasiyadan başqa bir şey deyil.
Diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya XİN bu tip çağırışları adətən özünün daxili və xarici siyasətdə sıxışdığı dövrlərdə edir. Ukrayna müharibəsi fonunda Avropada diplomatik mövqeləri zəifləyən Moskva ictimai diqqəti əsas problemdən yayındırmaq üçün "vətəndaşlarımız təhlükədədir" ritorikasına sığınır. Halbuki Rusiya vətəndaşları üçün real təhlükə Almaniyada deyil, elə Rusiyanın özündədir: söz azadlığının boğulması, səfərbərlik qorxusu, iqtisadi qeyri-müəyyənlik və hüquqi təminatların olmaması.
Zaxarovanın jurnalistlərə xüsusi mesaj verməsi isə təsadüfi deyil. Kreml müstəqil medianı həmişə risk faktoru kimi görüb və xaricdə çalışan rus jurnalistlərinin Qərb cəmiyyətinə inteqrasiyasından narahatdır. Bu çağırış həm də açıq mesajdır: "Gedənlər nəzarətdən çıxır". Nəticə etibarilə, Rusiya XİN-in bu mövqeyi təhlükəsizlikdən çox, qorxu ixracıdır və Moskvanın beynəlxalq təcridinin dərinləşdiyini bir daha göstərir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi