"Cənab prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxar" - DEPUTAT

"Cənab prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxar" - DEPUTAT"Cənab prezident İlham Əliyevin idmana sahəsinə göstərdiyi diqqət sahəsində bu il idmançılarımız tərəfindənqazanılan medalların sayı rekord həddə çatıb"

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb

"Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.Əlbəttə ki, bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq əlbəttə ki, gələcəkdə idman uğurlarına yol açır;

Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var".

Deputat söyləyib ki, idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk:

"Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur.
Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki, Azərbaycanda keçirilmişdir. MDB ölkələrinin üçüncü Oyunları çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.

Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilmişdir. Bu da dünya miqyasında ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada keçirilir, yaxud da ki, ən inkişaf etmiş ölkələrdə. Bakını da bu siyahıya salmağımız, ilk növbədə, ölkəmizin potensialını göstərir. Eyni zamanda, onu göstərir ki, biz artıq bu sahədə də öz fəaliyyətimizi göstəririk. Yenə də turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki, Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür".

Deputat vurğulayıb ki, Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır:

Ənənəvi olaraq Formula 1 yarışı təbii ki, bu il də keçirilmişdir və bu yarış ölkəmizin dünyaya təqdimatında xüsusi rol oynamışdır. Təkcə onu demək kifayətdir ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artmışdır və ondan sonra da artım davam edirdi, COVID-ə qədər. İndi yenə də bərpa edilir və əminəm ki, gələn il daha çox xarici qonaq ölkəmizə gələcək, o cümlədən beynəlxalq idman yarışlarını izləmək üçün. Bu il keçirilmiş Formula 1 yarışının özəlliyi onda idi ki, bütün biletlər əvvəlcədən satılmışdı və hətta əlavə tribunaların quraşdırılması da nəzərdə tutulmuşdu. Halbuki şəhər yarışı olduğu üçün burada daha böyük sayda tribunaların quraşdırılması çox çətindir. Amma buna baxmayaraq, 20 min insan canlı olaraq bu yarışı izləyib. Ümumiyyətlə isə bu yarışın auditoriyası yarım milyard insana bərabərdir. Yəni bütün dünya bu yarışı izləyərkən, ilk növbədə, əlbəttə ki, həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Təbii ki, bu da ölkəmizin təqdimatı kimi qəbul edilməlidir.Son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır.

Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir.
Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək. Bu da Azərbaycanı və Şahdağı beynəlxalq xizək idmanının cədvəlinə salmış olur. Burada da ölkələrin sayı kifayət qədər məhduddur və Azərbaycanın burada da olması, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir,- bütövlükdə o bölgədə minlərlə iş yerinin yaradılmasına gətirib çıxarıb. Təkcə Şahdağ Xizək Mərkəzi bundan faydalanmır, bütün ətraf kəndlər, şəhərlər, orada işləyən, yaşayan insanların bir çoxu turizmin bu sektoruna da cəlb edilib. Yəni bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıbdır. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.

Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir. Bakı şəhəri "Dünyanın İdman Paytaxtı" seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir. Eyni zamanda, Azərbaycanda idmanla bağlı görülən işlərə verilən qiymətdir. Mən əminəm ki, bu şərəfli adı biz ləyaqətlə daşıyacağıq.Əlbəttə, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması da qeyd etdiyim kimi, bir ənənəyə çevrilib. Bu, çox gözəl ənənədir, artıq 30 ilə yaxındır ki, davam edir və hər şey ədalətli olmalıdır. Azərbaycanın idman şöhrətini ucaldan insanlar əlbəttə ki, dövlət tərəfindən qiymətləndirilməlidir və onların fəaliyyətinə layiqli münasibət göstərilməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 627   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ

Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur. Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərsləri

6 iyun
.

Məhkəmə sədrinə ağır itki

Xətai Rayon Məhkəməsinin sədri Vahid Sadıqova ağır itki üz verib. "Qafqazonfo" xəbər verir ki, sədrin anası Dünya Sadıqova vəfat edib. Mərhum bu gün dəfn ediləcək. 3 mərasimi iyunun 8-i "Socar" mərasim evində keçiriləcək. Allah rəhmət eləsin!

6 iyun
.

Sosial şəbəkələrdə pul qazanan azərbaycanlılar nə qədər gəlir əldə edir? - ARAŞDIRMA

Bir vaxtlar yalnız əyləncə vasitəsi hesab edilən sosial şəbəkələr artıq minlərlə insan üçün gəlir mənbəyinə çevrilib. Azərbaycanda da son illərdə "influencer", bloger, TikTok və YouTube müəllif kanallarının sayı sürətlə artır. Bəs sosial şəbəkələrdə pul qazanan azərbaycanlılar ayda nə qədə

6 iyun
.

Ötən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşüb

Azərbaycanda mayda ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. "Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında may ayında havanın temperaturu iqlim normas

6 iyun
.

İnstensiv yağış, sulu qar yağacaq, SEL KEÇƏCƏK - Nə vaxtadək?

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 9-dək davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərd

5 iyun
.

Tənqidə qarşı həddindən artıq həssaslığın səbəbi nədir? - AÇIQLAMA

İnsanlar gündəlik həyatda ailə üzvlərindən, dostlarından, iş yoldaşlarından və ya rəhbərlərindən müxtəlif formalarda tənqidlərlə qarşılaşırlar. Bəziləri bu iradları sakit qarşılayaraq özünü inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirsə də, digərləri ən kiçik tənqidi belə şəxsi hücum kimi qəbul edir

5 iyun
.

Hacılar vətənə dönür

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb. xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq

6 iyun
.

Provayderlər üçün yeni tələblər müəyyənləşir

Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr yaranarsa, təkrar yaş yoxlanılmasını təmin etməlidir. xəbər verir ki, sözügüdən məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"

7 iyun
.

Bakıda yeni söküntülər və abadlıq layihələri: Hansı ərazilər dəyişəcək?

Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir. Bəs hansı ərazilərdə söküntü işlərini

7 iyun