Gənc ailələr övladlarına niyə daha çox xarici adlar seçirlər? - SOSİOLOQ

Gənc ailələr övladlarına niyə daha çox xarici adlar seçirlər? - SOSİOLOQ"Son illərdə uşaqlara verilən adların getdikcə "qloballaşması" təsadüf deyil. İnsanlar artıq öz kimliklərini təkcə ailə və lokal mədəniyyət üzərindən yox, qlobal məkanda önəm və keçərlilik daşıyan dəyərlər üzərindən qururlar. Bu səbəblə, övladlarına da ad seçərkən o yeni dəyərlərə istinad edirlər. Nəzərə alsaq ki, ad seçimi sadəcə estetik qərar deyil, həm də sosial status və kimlik iddiasıdır, o zaman bu tendensiya daha da anlaşılan olur".

Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, valideyn düşünür ki, övladının adı nə qədər "beynəlxalq" səslənsə, gələcəkdə o qədər çox imkan əldə edəcək:

"Digər tərəfdən, Pyer Bordyönün məşhur simvolik kapital anlayışı da bu davranışı çox yaxşı izah edir. İnsanlar təsadüfi xarici adlar seçmirlər. Ya xarici film və ya əsər qəhrəmanlarının, ya da məşhur simaların adlarını seçirlər. Hansı ki, bu adlar o valiydenlər üçün müəyyən status və simvolika daşımaqdadır. Yəni, bu adlar onların öz aləmlərində bir növ prestij investisiyasıdır. Valideyn düşünür ki, övladının adı nə qədər "beynəlxalq" səslənsə, gələcəkdə o qədər çox imkan əldə edəcək. Eləcə də bu valideynin özü üçün də qürur və fəxr səbəbi olur. "Mənim övladım filankəsin adını daşıyır". Ya da ki, "baxın, mənim övladım fərqlidir, onun adını siz heç ömrünüzdə eşitməmisiniz!".

Loru dildə desək, övladlarının CV-sinə hələ qundaqda ikən xal yığmağa başlayırlar. Təbii ki, yenə də təkrar edirəm, "öz aləmlərində".

Övladlarımıza hansısa yeni bir biznesə, obyektə ad seçərmişcəsinə "kreativ" ad axtarmağımız göstərir ki, identiklik, kimlik fokuslu olmaqdan çıxıb, persona, brend fokuslu rejimə keçid etmişik. Biz artıq uşağa ad yox, "brend" seçirik. Bu da nə qədər acı bir mənzərə olsa da, performans cəmiyyətində olduqca gözlənilən bir tendensiyadır. Cəmiyyətimizdə milli kimlik simvolları zəiflədikcə, adlar da yavaş-yavaş yerli yaddaşdan qopur və daha bəzəkli görünən qlobal variantlara çevrilir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 798   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat

1 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd

1 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr