Bakı Yeni ilin səhərini təmiz və səliqəli qarşıladı!
Hər il olduğu kimi, bu il də dekabrın 31-dən yanvarın 1-nə keçən gecə çoxlu sayda yerli sakin və xarici qonaq Yeni il atəşfəşanlığını izləmək üçün Bakının mərkəzinə toplaşıb. Bayram gecəsi atəşfəşanlıq şəhərdə xüsusi bayram ab-havası yaradıb. Bu qədər insanın bir araya gəldiyi tədbirlərdən sonra parkların, meydanların və küçələrin çirklənməsi isə adi və gözlənilən haldır.
Lakin buna baxmayaraq, bayram gecəsinin ardından paytaxtın təmiz və səliqəli vəziyyətdə olması hər kəsin diqqətini cəlb edib.
Sonxeber.az xəbər verir ki, insanların çox olduğu ərazilərdə Bakı şəhərinin kommunal xidmətləri operativ və səmərəli şəkildə fəaliyyət göstərib. Yanvarın 1-i səhər saat 06:00-a qədər artıq şəhərin küçələri, parkları və meydanları tam təmizlənib. Bu nəticə gücləndirilmiş rejimdə çalışan kommunal xidmət əməkdaşlarının böyük zəhmətinin göstəricisidir.
Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfat işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur. Bundan əlavə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paytaxtın kommunal strukturlarının maddi texniki bazası hər il gücləndirilir.
Şəhər sakinlərinin və qonaqların bayramı təhlükəsiz və rahat şəkildə qeyd etməsi, ardınca isə Bakının qısa müddətdə əvvəlki səliqəli vəziyyətinə qayıtması paytaxtın müasir və davamlı inkişaf edən şəhər olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Bakının təmiz və nizamlı görünüşü dünyanın bir çox paytaxt şəhərlərində bayram gecəsindən sonra yaranan mənzərə ilə kəskin ziddiyyət təşkil edir. Məsələn, Fransanın paytaxtı Parisdə qalaq-qalaq zibil yığılması artıq adi hala çevrilib. Nyu-York şəhərində isə Yeni il tədbirlərindən sonra küçələrin vəziyyəti daha acınacaqlı idi. Vyetnam paytaxtı Hanoy şəhərində də bayram sonrası situasiya heç də urəkaçan deyildi. Bakı isə bu fonda təmizlik və nizam-intizam nümunəsi kimi seçildi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 897 Tarix: 01 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr