Bakıda oğul atasının şikayəti ilə həbs edildi: "Avara-avara gəzir..."
Bakıda oğul atasının mobil telefonunu və maaşını oğurladığı üçün həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, R.T.-nın fəhlə işləyərək aldığı mobil telefonunu 2002-ci ildə Cəbrayıl rayonunda doğulmuş oğlu A.T. oğurlayıb. Atasının şikayəti əsasında saxlanılan A.T. borcu olduğu üçün telefonunu oğurladığını və 60 manata satdığını deyib.
Məhkəmə iclasında zərərçəkmiş R.T. bildirib ki, iki il əvvəl işlənmiş telefon alıb. Mobil cihazın dəyəri 100-150 manat olub. O, oğlunun avara-avara gəzdiyini, işləmədiyini bildirib. Özü isə tikintidə fəhləlik edir, 1 il 3 aydır ki, yoldaşı da rəhmətə gedib. Oğlu həmçinin 311 manat maaşını da kartdan götürüb.
Aparılan araşdırma zamanı A.T.-nın metronun Xalqlar Dostluğu stansiyası yaxınlığından gecə saatlarında 200 manatlıq qoz ləpəsi oğurladığı da məlum olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 1 ay müddətinə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2787 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məhərrəmlik ayı BU TARİXDƏ BAŞLAYIR
Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. Məhərrəmlik ayın ən mühüm günü hesab edilən Aşura günü isə iyunun 25-nə təsadüf edəcək. Məhərrəmlik ayından sonra isə Səfər ayı iyulun 15-də başlayacaq və 1 aya yaxın davam edəcək. (Bizim.Media)
7 iyunADY rəsmisi: Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir
Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil. "Report" xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. O, qeyd edib ki, bununla bağlı yayıla
7 iyunŞAD XƏBƏR: On minlərlə ailəyə birdəfəlik müavinət verilib
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 42
6 iyunBakıda bu ərazilərdə söküntü planlaşdırılır
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir. Hazırda hansı razilərdə söküntü işlərini
6 iyun