BDU-nun 23 milyonluq tenderini yenə o şirkət uddu
Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub.
Sonxeber.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC seçilib.
BDU ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 23 489 887,57 manatdır.
Bildirilib ki, "Koneks Construction" MMC satınalma müsabiqələrində fəal iştirak edən şirkətlər sırasındadır. MMC bir çox hallarda təmir-tikinti işləri ilə bağlı tenderlərin qalibi seçilib. Lakin bəzən də geyim və invertar satan şirkət kimi ortaya çıxır.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat olmadığından onun konkret fəaliyyət sahəsi, həmçinin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Koneks Construction" MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Mehdi Fərzəlibəyovdan əvvəl şirkəti Osmanlı Vahid Cuma oğlu, ondan öncə isə Xurşudov Samir Azad oğlu təmsil edib. Açıq mənbələrdə nə Mehdi Fərzəlibəyov, nə Vahid Osmanlı, nə də Samir Xurşudov haqqında məlumat var.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan məlum olur ki, "Koneks Construction" MMC 2021-ci ildən satınalma müsabiqələrində iştirak etməyə başlayıb və ilk sifariş aldığı qurumlardan biri BDU olub. Universitet 2024-cü ildə də şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə invertarların satın alınması ilə bağlı olub. BDU şirkətdən 952 092,43 manata kabinet dəsti, dolab, kreslo, stul və s. bu kimi invertarlar alıb.
Ümumiyyətlə, BDU-nun keçirdiyi tenderlərdən görünür ki, "Koneks Construction" MMC universitetin sevimli şirkətidir. BDU-nun rektoru Elçin Babayevdir. O, 2019-cu ildən, yəni, "Koneks Construction" MMC dövlət qeydiyyatına alındığı ildən BDU-ya rəhbərlik edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 871 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr