"Yanlış tərbiyə, yanlış cəmiyyət formalaşdırır" - PSİXOLOQ
Cəmiyyətimizdə oğlan və qız uşaqları çox vaxt fərqli yanaşmalarla tərbiyə olunur. Qız uşaqlarına qarşı daha qoruyucu davranıldığı halda, oğlanlara "kişi ağlamaz", "oğlan uşağıdır, heç nə olmaz" kimi ifadələrlə böyümək təlqin edilir. Bu cür yanaşmalar uşağın duyğularını ifadə etməsinə, özünü tanımasına və gələcəkdə sağlam münasibətlər qurmasına necə təsir göstərir?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, ümumiyyətlə, düzgün tərbiyə həm də sağlam cəmiyyət deməkdir:
"Əgər tərbiyənin təməli yanlışdırsa, o zaman yalnız fərdlər deyil, bütövlükdə cəmiyyətin və dövlətin sistemi də yanlış formalaşır. Cəmiyyətimizdə "oğlan ağlamaz", "qız sakit olmalıdır" kimi mesajlar uşağın daxili dünyasını parçalayır. Əvvəla, uşaq doğulanda özünü ilk başda nə oğlan, nə də qız kimi hiss edir; o sadəcə hiss edən bir varlıqdır. Hisslərin toplusu ruh deməkdir. Uşağa hansısa hissini gizlətməyi deyəndə, valideyn onun ruhunu basdırmış olur. Uşaq qorxunu, kədəri, ehtiyacı, azadlığı tanımır. Bu şəkildə empatiya zəifləyir, komplekslər yaranır və ən əsası, daxili gərginlik qəzəbə çevrilir. Bu qəzəb isə adətən şəxsi münasibətlərə yönəlir. Kəlmələr düzgün istifadə olunmalıdır. Misal: "Sakit ol! Ayıbdır! Sən qızsan, sənə olmaz! O oğlandır, ona olar!" kimi sözlər artıq bir qızı uşaqlıqdan itaətkar, öz sərhədlərini qura bilməyən, "yox" deməkdə günahkarlıq hiss edən, təsdiq üçün özünü qurban verən, zərərli münasibətlərə dözən zəif bənd kimi kodlaşdırılan fiqur kimi formalaşdırır. Eləcə də oğlan uşaqlarına əslində deyilməlidir: "Sən ağlaya bilərsən. Qorxa da bilərsən, bu normaldır. Hisslərin səni zəif etmir və sən öz hisslərindən heç vaxt utanma".
Bir avropalı ilə bir azərbaycanlının emosional reaksiyalarını müqayisə etdikdə maraqlı bir fərq görünür. Avropalı cəmiyyətlərdə insanlar şəxsi münasibətlərdə emosiyalarını daha yaxşı tənzimləyə bildikləri üçün güclü qəzəb və etirazlar əsasən sosial, siyasi və ictimai məsələlərə - dövlətə, hakimiyyətə, sistemə yönəlir. Yəni onların "emosional partlaması" daha çox struktur və ədalətsizliklə bağlı olur.
Azərbaycan cəmiyyətində isə güclü emosional reaksiyalar daha çox şəxsi münasibətlərdə, ailədə, yaxın çevrədə, partnyorla münasibətlərdə ortaya çıxır. Bunun da nəticəsində insanlar ictimai, sosial və dövlət məsələlərində baş verən hadisələrə qarşı passiv qalmış olurlar".
Vüsalə İbarhimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2252 Tarix: 13 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi (FOTO)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub. -ın -a istinadən məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub. Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamenti
13 aprelToyuq ətində gizli TƏHLÜKƏ - Bu hissələri qətiyyən YEMƏYİN
Toyuq əti ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib. -ın məlumatına görə, toyuğun bəzi hissələrində kiçik, bərk törəmələrə rast gəlinir. Müşahidələr göstərir ki, bu törəmələr papilomaya bənzər quruluşa malik olur və asanlıqla qopmur. Eyni zamanda, toyuğun bud hissəsində yerləşən vəzlərin bəzi hallard
13 aprelSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimal
13 aprelDSX Akademiyasının kursantı vəfat etdi - Fotolar
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantı Əsəd İsmayıllı vəfat edib. "Unikal"a istinadən xəbər verir ki, akademiyada vəfat edən kursant 1-ci kursda təhsil alırmış. O, Məhəmmədi qəbiristanlığında dəfn edilib. Ə.İsmayıllı 2026-cı ildə DSX-nin Xüsusi Məktəbindən məzun olub. Daha sonr
13 aprelXƏBƏRDARLIQ! Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək
Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağ
12 aprelAzərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Aprelin 12-də Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlə
12 aprel"Mən də atam kimi mahnı oxumaq istəyirəm"
Qızı Əminə Xalq artisti Emin Ağalarovla bağlı sualları cavablayıb. Axşam.az xəbər verir ki, Əminə ad günündə Eminin ona mahnı bəstələməsinə münasibət bildirib:. "İlk dəfə mahnıya qulaq asanda nə hiss etdiyimi tam bilmirəm. Çempionatımdan bir hissəni də oraya əlavə etməsi mənim çox xoşuma gəldi"
12 aprelNaxçıvan Maliyyə Nazirliyində yeni təyinat
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yeni kadr təyinat olub. -a istinadən xəbər verir ki, bu barədə bu barədə nazir Həsən İsmayılov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə İman Yusifov nazirlikdə sektor müdiri - baş mühasib vəzifəsinə təyin olunub. Qeyd edək ki, İ.Yusifov bu təyinatadə
13 aprel