Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldı

Fransada dəhşət: Yoxa çıxan uşağın sirri açıldıFransa polisi atasının mikroavtobusa kilidlədiyi doqquz yaşlı oğlanı xilas edib.

Oxu.Az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, qonşular həyətdə park edilmiş nəqliyyat vasitəsindən səs eşidiblər və polisə məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə yorğanın altında halsız vəziyyətdə uzanmış çılpaq bir uşaq aşkar ediblər. Çirkab içində olan oğlan solğun və arıq vəziyyətdə olub. Uzun müddət hərəkətsiz qaldığı üçün yeriməkdə çətinlik çəkib. Uşaq təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən 2024-cü ilin sonunda məktəbə getməyi dayandırıb və o vaxtdan bəri görünməyib.

Oğlanın dediyinə görə, mikroavtobusa kilidlənəndən sonra duş qəbul etməyib və fasiləsiz şəkildə orada saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı uşağın 43 yaşlı atası və onun 37 yaşlı ögey anası saxlanılıblar. Hər ikisi adam oğurluğu və digər cinayət əməllərində ittiham olunurlar.

Məlumata əsasən, ata sevgilisi və iki qızı ilə yaxınlıqdakı evdə yaşayırmış. O, oğlunu guya ruhi xəstəxanaya yerləşdirmək istəyən bir qadından qorumaq məqsədilə mikroavtobusa kilidlədiyini iddia edib.

Ailənin himayəsində olan digər uşaqlar da onlardan alınaraq müvafiq qurumların nəzarətinə verilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1199   Tarix: 12 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İnsan heç vaxt işıq sürəti ilə uça bilməyəcək: Fizika buna imkan vermir

İşıq sürətinə çatmaq elmi fantastikanın ən qədim arzularından biridir, lakin fizika bu məqsədə çatmağa heç bir imkan vermir. Qaynarinfo "SpaceDaily" nəşrinə istinadən xəbər verir ki, işıq sürəti ilə hərəkət etmək təkcə kütləsi olan hər hansı obyekt üçün çətin deyil, bu, ümumiyyətlə mümkün deyi

4 avqust
.

Rusiya Zaporojyeni aviasiya bombaları ilə vurdu: Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə növbəti hava zərbələri endirib. Reuters-ə istinadən xəbər verir ki, hücum zamanı Rusiya qüvvələri şəhərə səkkiz idarəolunan aviasiya bombası atıb. Məlumata görə, zərbələr nəticəsində 71 yaşlı qadın həyatını itirib, azı 31 nəfər yaralanıb. Yaralılar arasınd

4 avqust
.

Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı - Vəziyyəti ağırdır

Ukraynada təhsil alan azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində xəsarət alıb. -ın əldə etdiyi məlumata görə, Ukraynada dənizçilik ixtisası üzrə təhsil alan azərbaycanlı tələbə Əli Mehdiyev Rusiyanın dron hücumu nəticəsində ağır yaralanıb. Bədəninin 70 faizi yanan Əli Mehdiyev hazırda komadadır

4 avqust
.

İlker Ayrıkın başına iş gəldi, çıxışlarını təxirə saldı

Türkiyəli aktyor İlker Ayrık evində yıxılaraq xəsarət alıb. Axşam.az xəbər verir ki, nəticədə aktyorun üç qabırğasından ikisi zədələnib və biri isə sınıb. Müalicə zamanı İlker Ayrık pnevmoniyaya da yoluxub. Aktyor səhhətindəki problemlərə görə Bodrum, İstanbul və Antalyada planlaşdırılan çıxışları təxir

4 avqust
.

Elm gözəlliyin sirrini açdı: İdeal üz necə olmalıdır?

Alimlər gözəlliyin həqiqətən zövq məsələsi və ya elmi izahının olmasını 3D texnologiyasından istifadə edərək insan üzünün quruluşunu araşdırıblar. Tədqiqatın nəticələrinə görə, müəyyən üz cizgiləri insanların daha cəlbedici görünməsində mühüm rol oynayır. Araşdırmada aktrisa Marqo Robbi və aktyor Henr

3 avqust
.

Şimali Koreya Rusiyada 120 ballistik raket yerləşdirir

Şimali Koreyanın raket bölməsi Rusiyanın qərbində yerləşdirilir və Ukraynaya zərbə endirmək üçün 120 ballistik raket və altı buraxılış qurğusu ala bilər. xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Çernyak bildirib. Eyni zamanda, Ukraynada effektiv hava hücumundan müdafiə sistemlərini

5 avqust
.

İyulda Yer kürəsində son 14 ilin ən aşağı temperaturu qeydə alındı

Antarktidada yerləşən "Concordia" tədqiqat stansiyasında son 14 ilin Yer kürəsində qeydə alınmış ən aşağı temperaturu - mənfi 84,1 dərəcə Selsi ölçülüb. Qaynarinfo xəbər verir ki, "Live Science" nəşrinin məlumatına görə, rekord göstərici iyulun 18-də qitənin dərinliyində, hazırd

3 avqust
.

Nigeriya təhlükəsizlik qüvvələri 308 qaçırılmış şəxsi xilas edib

Nigeriya təhlükəsizlik qüvvələri şimal Niger və Kvara əyalətlərində baş verən ayrı-ayrı hücumlarda qaçırılan 308 nəfəri xilas edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Prezident Bola Tinubu əməliyyatı təhlükəsizlik qüvvələri tərəfindən bir gündə həyata keçirilən ə

6 avqust
.

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

2026-cı ildə köçmək üçün dünyanın ən əlverişli ölkələrinin reytinqi açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Qlobal Köçmə İndeksinə əsasən, siyahıya Baltikyanı ölkə olan Estoniya başçılıq edir. "Rumavi" tərəfindən hazırlanan Qlobal Köçmə İndeksi 192 ölkəni 24 fərqli meyar üzrə qiymətləndirib

4 avqust