"İradə sağdır, cinlər aləmində saxlanılır" - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

"İradə sağdır, cinlər aləmində saxlanılır" - Biznesmen anlaqsızdır, yoxsa rola girib?Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, ekspert rəyi ilə anlaqsız hesab edilən Ağcanov saxlanıldığı psixiatriya xəstəxanasından polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Prokurorluğun göndərdiyi qərarda yazılıb ki, Emil Ağcanov və İradə Muradovanın faciə ilə bitən sonuncu görüşü ötən ilin avqustunda Emilin anasının evində baş tutub. Həmin gün Emil spirtli içki və narkotik maddənin təsiri altında İradəni yerə yıxıb, dini ayinlər etdirərək ayətül-kürsi duası oxutdura-oxutdura xüsusi amansızlıqla boğaraq həyatdan məhrum edib. Daha sonra o, cəsədi hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər ona sarılmış vəziyyətdə dini musiqilər dinləyib.

Emil ertəsi gün saxlanılsa da, psixiatrik ekspertiza onun cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması barədə rəy verib. Bu əsasla o, istintaq təcridxanasından psixiatriya xəstəxanasına köçürülüb.

Qərar oxunduqdan sonra təqsirləndirilən şəxsə söz verilib. Hakim Səbinə Məmmədzadə ona ifadə verməmək hüququnu da xatırladıb, lakin danışacağı halda obyektiv araşdırmaya kömək olacağını bildirib.

"İradə sağdır, cinlər aləmində saxlanılır" - Biznesmen anlaqsızdır, yoxsa rola girib?Müttəhim sərbəst ifadə verməyə hazır olduğunu deyərək ayağa qalxıb. Emil İradə ilə münasibətlərini, hadisələrin harada və nə vaxt baş verdiyini dəqiq xatırlayıb. Bununla belə ifadəsində cinayətlə bağlı reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirib: "Həmin gün cinlər onun ruhunu ələ keçirmişdi. Nə qədər dualar oxusam da, xilas edə bilmədim. Həmin varlıqlar ona elə güc vermişdilər ki, mənim kimi idmançı adamı üç dəfə divara çırpdı. Sona qədər ona ayətül-kürsi və digər duaları oxutdurmuşam. İradəni hamıdan çox istəyirdim, illərlə birgə yaşamışıq. Sadəcə xristian olduğu üçün evlənə bilməmişdik. Mən onu necə öldürə bilərəm? Düzdür, həmin vaxt hamama girəndə sürüşüb yıxıldı, amma ölmədi. İndi sağdır, cinlər aləmində saxlanılır".

"İradə sağdır, cinlər aləmində saxlanılır" - Biznesmen anlaqsızdır, yoxsa rola girib?Anlaqsız kimi mühakimə olunan biznesmen ifadəsinin davamında deyib ki, İradəni görünməz varlıqlardan qorumaq üçün qucağında saxlayıb. Hətta onlardan qorunmaq üçün şeytanın əşyası olduğunu hesab etdiyi "İphone" markalı telefonunu da sındırıb: "İradəni cin-şeytandan qorumaq üçün onu qucaqlayıb üzərinə möhür qoydum. Sonra da həmin varlıqları qovmaq üçün səhərə qədər ayətül-kürsi oxudum. Həmin gündən əvvəl də mən ona kəlmeyi-şəhadət öyrədirdim. Hətta dua oxuyan vaxt mənə zəng gəldiyi üçün "İphone"u da qırmışdım. "İphone" da şeytan əşyasıdır. Niyə arxası açılmır? Çünki şeytan əməlidir. Elə buna görə telefonu yerə çırpıb qırdım. Amma narahat olmayın, İradə indi yaxşıdır".

"İradə sağdır, cinlər aləmində saxlanılır" - Biznesmen anlaqsızdır, yoxsa rola girib?Təqsirləndirilən şəxs hakim, prokuror və vəkillərin suallarına da eyniməzmunlu mifik cavablar verib. Əlavə kimi sadəcə İradə ilə daha əvvəlki mehriban münasibətlərindən, Maldiv adalarındakı birgə istirahətlərindən danışıb.

Həkim rəyi Emilin cinayəti törədərkən öz hərəkətlərini dərk etmədiyini göstərsə də, mərhumun yaxınları bununla razılaşmır, onun məsuliyyətdən yayınmaq üçün rol oynadığını düşünürlər. Emilin ilkin istintaq müddətinə hər dəfə ayrı cür ifadə verməsi isə zərərçəkmiş tərəfdə şübhələri daha da artırıb. Mərhumun hüquqi varisi kimi tanınmış bacısı Rəna Muradova ifadəsində Emilin psixi xəstə olmadığını deyib. Hüquqi varis Emilin onun bacısını narkotikin təsiri altında qəsdən öldürdüyünü təkrar-təkrar dilə gətirərək hakimlərdən ədalət istəyib.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin anlaqsız olması ilə bağlı qərara şübhə ilə yanaşdığından məhkəmənin hüququ var ki, təkrar tibbi ekspertiza təyin etsin. Bu zərurətin olub-olmadığına isə məhkəmə qərar verəcək.

Proses boyu diqqətçəkən başqa bir məqam isə Emilin anasının mərhumun yaxınlarına aqressiv münasibət sərgiləməsi olub. Hətta o, prosesə icazəsiz müdaxilə edərək mərhumun uzun illər oğlunun imkanlarından istifadə etdiyini deyib. Hakim yerindən danışdığı üçün anaya xəbərdarlıq edib.

Məhkəmə yanvarın 29-da davam etdiriləcək.

Qeyd edək ki, E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, "Chermington Transportation Services", "AZRENT", "Caspi Style" şirkətlərinin və İtaliya brendi "YAMAMAY" mağazasının sahibidir. Emil bu hadisəyə qədər daim bahalı həyat tərzi ilə diqqət çəkib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 16 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr
.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı

1 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c

1 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr