SON DƏQİQƏ: Məktəblərdə dərslər 1 saata qədər UZADILA BİLƏR
Azərbaycanda ümumtəhsil məktəblərində dərs müddətinin 45 dəqiqədən 1 saata uzadılması məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Maraqlıdır, məktəblərdə dərs müddətinin 45 dəqiqədən 1 saata uzadılması yenidən gündəmə gələ bilərmi?
Bu barədə KONKRET.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, əksinə, son illər dərs saatlarının artırılması deyil, azaldılması ilə bağlı ideyalar gündəmdə olub. Onun sözlərinə görə, müzakirələr əsasən dərslərin 40 dəqiqəlik keçirilməsi və tənəffüslərin 10 dəqiqəyə qədər uzadılması üzərində aparılıb.
Ekspert vurğulayıb ki, dərs müddətinin 1 saata çatdırılması nə pedaqoji, nə də psixoloji baxımdan məqsədəuyğundur:
"Bir saatlıq dərs auditoriyada belə tələbələr üçün çətindir. Qaldı ki, ümumtəhsil məktəblərində oxuyan şagirdlər üçün bu, daha dözülməz ola bilər. Bu baxımdan dərs müddətinin artırılması real deyil".
Məzahir Məmmədli əlavə edib ki, dünya təcrübəsində də dərs saatlarının 1 saata qədər uzadılması praktikasına rast gəlinmir. Onun fikrincə, gələcəkdə dərs müddətinin azaldılması ilə bağlı müzakirələr aparıla bilər, lakin artırılması gündəmə gələ bilməz.
Beləliklə, ekspertlərin mövqeyinə əsasən, dərs saatlarının uzadılması təhsilin keyfiyyətini artırmaqdan daha çox şagirdlərin diqqət və davamlılıq problemini dərinləşdirə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1029 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabr