Məktəblərdə şənbə günü də dərs keçiriləcək? - VACİB AÇIQLAMA
Son günlər müşahidə olunan kəskin soyuq hava şəraiti fonunda bəzi məktəblərdə dərslərin təxirə salınması məsələsi gündəmə gəlib. Maraqlıdır, bu halda itirilən dərs saatlarının şənbə günləri hesabına kompensasiya olunması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, orta ümumtəhsil müəssisələrində tədris proqramı və dərs müddəti ilə bağlı hər hansı dəyişiklik yalnız Elm və Təhsil Nazirliyinin və müvafiq regional təhsil idarələrinin razılığı əsasında həyata keçirilə bilər.
Ekspertin sözlərinə görə, məktəblər öz təşəbbüsü ilə, hava şəraitinin kəskin soyuq olması və ya digər səbəbləri əsas gətirərək dərs vaxtlarını dəyişə bilməz:
"İstər hava şəraiti, istər yol şəraitinin buzlu olması, istərsə də hər hansı xəstəlik halları olsun, bütün bu hallarda mütləq şəkildə aidiyyəti qurumlardan rəsmi icazə alınmalıdır. Bu razılıq olmadan atılan addımlar qanunauyğun hesab edilmir."
Ramin Nurəliyev qeyd edib ki, dərslərin şənbə gününə keçirilməsi də müəyyən çətinliklər yarada bilər:
"Məsələn, 5-ci günün dərsini şənbə gününə keçirmək istəyirlərsə, nəzərə almaq lazımdır ki, şənbə həm şagirdlər, həm də müəllimlər üçün istirahət günüdür. Tədris təqviminin özbaşına dəyişdirilməsi müəllimlərin proqramına və iş rejiminə mənfi təsir göstərə bilər. Müəllim şənbə gününü istirahət günü kimi əsas gətirərək dərsə qoşulmaya bilər."
Ekspert vurğulayıb ki, yalnız müvafiq rəhbərliyin rəsmi qərarı və müəllimlərin əvvəlcədən məlumatlandırılması halında dərs günlərinin dəyişdirilməsi mümkündür:
"Əgər bu məsələ nazirlik və regional idarələrlə razılaşdırılarsa və məktəb rəhbərliyi tərəfindən müəllimlərə rəsmi şəkildə bildirilsə, o zaman tədris vaxtının dəyişdirilməsi hüquqi baxımdan mümkün hesab edilər."
Beləliklə, soyuq hava şəraiti ilə əlaqədar dərslərin təxirə salınması və onların şənbə günləri ilə kompensasiya olunması yalnız rəsmi icazə və razılaşdırma əsasında həyata keçirilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 824 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 93,6 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,3 % çoxdur. Bu ilin oktyabrın 1-nə ölkədə 90,4 min cüt hazır məhsul ehtiyatı olub. 2025-c
1 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabr