Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Deputat AÇIQLADI/VİDEO
Azərbaycanda 65 yaşını tamam etmiş 166,7 mindən artıq vətəndaş yaşa görə 220 manat müavinət alır. İlin əvvəlindən əmək pensiyalarına tətbiq edilən 9,2 faiz indeksasiya isə bu kateqoriyaya şamil olunmur. Yəni onların aldıqları müavinətlər artmayacaq. Maraqlıdır ki, ölkədə təqaüdçülər üçün müəyyən edilən yaşayış minimumu 260 manatdır. Buna baxmayaraq, sözügedən vətəndaşlar hələ də 220 manat müavinət alırlar.
Bu halda 166,7 min nəfərin aqibəti necə olacaq? Bu vəziyyət fonunda sosial siyasət və pensiya sistemi təqaüdçülərin real ehtiyaclarını qarşılamaq üçün hansı tədbirləri nəzərdə tutmalıdır?
Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, bu dəfəki indeksasiya sistemi əmək pensiyalarına şamil olunub.
Xəbəri videodan da izləyə bilərsiniz:
Onun sözlərinə görə, gələcəkdə artımlar gözlənilir:
"Bütün növ əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin 9,2 faizi indeksləşdirilib və artımlar nəzərdə tutulur. Bu, 1,1 milyon vətəndaşı əhatə edəcək. Əmək pensiyası alan vətəndaşlarımız - həm yaşa, həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiya alan şəxslər bu artımlardan faydalana biləcəklər. Təbii ki, biz yaşa görə müavinətlərin artırılması ilə bağlı da təkliflərimizi təqdim edirik. Nəzərə almalıyıq ki, yaşa görə müavinətlərin artırılması həmin vətəndaşların sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir".
Deputat qeyd edib ki, sosial müavinətlərin artırılması ilə bağlı qərarlar mütəmadi olaraq qəbul edilir:
"2025-ci ildə də sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq sənəd imzalanıb. Pensiyalar da əməkhaqqına uyğun olaraq indeksləşdirilərək artırılacaq. Mövcud maliyyə imkanları çərçivəsində yaşa görə müavinətlərin artırılması məsələsinə baxılması və bu istiqamətdə addımların atılması ilə bağlı təkliflər irəli sürürük".
İqtisadçı Ruslan Atakişiyev isə bildirib ki, ölkə üzrə minimum ehtiyac meyarı 300 manatdır:
"Bu göstərici pensiyaçılar üçün 260 manat olaraq müəyyən edilib. Yaşa görə 220 manat müavinət isə əsasən əmək stajı olmayanlara şamil olunur. Həmin şəxslərlə bağlı bir sıra digər sosial dəstək mexanizmləri də mövcuddur. Məsələn, tək yaşayan yaşlı şəxslərə sosial xidmət göstərilir, onlara baxan adamlara aylıq xidmət haqqı ödənilir. Eyni zamanda müəyyən dərman vasitələrini pulsuz əldə etmək imkanları da var. Bununla belə, real bazar qiymətlərini nəzərə alsaq, 220 manat aşağı məbləğdir. Hesab edirəm ki, gələcəkdə bu müavinətin də artırılması məsələsinə baxılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Qədim Şuşada gözəllik yaradılır