Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilibYanvarın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyinə 4 məsələnin - payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl dünyada baş verən mürəkkəb geosiyasi prosesləri dəyərləndirən Səməd Seyidov, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən gün Davos Ümumdünya İqtisadi Forumunda beynəlxalq və regional təhlükəsizlik, qlobal nizam məsələlərinə dair səsləndirdiyi mühüm fikirlərdən bəhs edib, bu yanaşmaların mövcud geosiyasi reallıqlar baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzunu qeyd edən komitə sədri, ölkəmizin Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunmasını mühüm və əlamətdar hadisə adlandırıb.

Sonra gündəliyə daxil olan məsələlər - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edilib.
Komitə sədri qeyd edib ki, ötən sessiya dövründə komitənin 10 iclası keçirilib, ümumilikdə 33 məsələyə baxılıb və 31 qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Bildirilib ki, payız sessiyası ərzində komitə üzvləri vətəndaş qəbulları təşkil edərək seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görüblər. Həmçinin qeyd olunub ki, hesabat dövründə deputatların xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, eləcə də xarici nümayəndə heyətləri ilə çoxsaylı görüşləri baş tutub.

Komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan yeni qanun layihələrinin müzakirəsi, eləcə də mövcud qanunlara dəyişikliklərin edilməsi barədə qanunvericilik aktlarına baxılması nəzərdə tutulur.
Daha sonra iclasda gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.

Səməd Seyidov gündəliyin ikinci və üçüncü məsələləri olan "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə və "Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri ilə bağlı bildirilib ki, bu sənədlər ölkəmizin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olmaqla yanaşı, gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsinə və əməyin mühafizəsi sahəsində beynəlxalq standartların tətbiqinə töhfə verəcək.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitə sədrinin müavini Nigar Arpadarai, üzvləri Nəsib Məhəməliyev, Fariz İsmayılzadə, Qaya Məmmədov, Rasim Musabəyov, Rizvan Nəbiyev, Nigar Məmmədova və Gülşən Paşayeva çıxış ediblər, öz təklif və qeydlərini səsləndiriblər.

Tədbirdə komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2026-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi təsdiqlənib və qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda deputatlar Azər Kərimli, Pərvanə Vəliyeva, Tural Gəncəliyev, Sevinc Fətəliyeva, Zaur Şükürov, Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 516   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr