Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilibYanvarın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Arzu Nağıyev iclası açaraq, yeni sessiyada komitə üzvlərinə uğurlar arzulayıb.

Komitə sədri ötən il ölkə həyatında baş verən hadisələrin əhəmiyyətindən söhbət açıb, bu baxımdan komitə üzvlərinin üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirdiklərini söyləyib. O, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət etdiyini vurğulayıb.

Sonra Arzu Nağıyev iclasın gündəliyinə 2 məsələnin - 2025-ci ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

O, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 24 iclasının keçirildiyini, 19 məsələyə baxıldığını, o cümlədən 5 qanun layihəsinin üç oxunuşda, 2 qanun layihəsinin bir oxunuşda müzakirə olunaraq qəbul edildiyini söyləyib.

Komitə sədri hesabat dövründə vətəndaşlardan və müxtəlif təşkilatlardan daxil olmuş 236 ərizə, məktub, digər bir sıra sənədlərə, habelə elektron poçt vasitəsilə daxil olmuş məktublara komitə tərəfindən baxıldığını, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü, vətəndaşlara lazımi izahatların verildiyini bildirib. Qeyd edib ki, müxtəlif məzmunlu 46 ərizə və müraciət lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib, ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları ilə əlaqə saxlanılıb və həllinə nail olunub.

O, payız sessiyası dövründə komitə sədrinin və üzvlərinin həm ölkə daxilində, o cümlədən parlamentdə, həm də xaricdə keçirilmiş beynəlxalq tədbirlər və görüşlərdə fəal iştirak etdiklərini söyləyib.

Komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən Arzu Nağıyev diqqətə çatdırıb ki, yaz sessiyası müddətində qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirəsi, hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, sessiya ərzində, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması, seçicilərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Hikmət Məmmədov, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Elman Məmmədov təqdim olunan sənədlər barədə öz fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat məqbul sayılıb, komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi təsdiq olunub.
Tədbirdə komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Qaya Məmmədov, Ramid Namazov, Gülşən Paşayeva, Səbinə Salmanova, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 540   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr