Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib

Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilibYanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev əvvəlcə 2025-ci ilin sosial yekunları barədə danışıb. O, bildirib ki, Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə olduğu kimi keçən il də prioritet istiqamət təşkil edib. Dövlət başçısının sərəncamı ilə 2025-ci ildə həyata keçirilən sosial islahatlar zərfindən söz açan komitə sədri bu tədbirlərin 3 milyondan çox vətəndaşın sosial rifahının yüksəlməsini təmin etdiyini diqqətə çatdırıb. Cari ilin dövlət büdcəsində də sosial xərclərin böyük çəkisini vurğulayan komitə sədri 2026-cı ilin sosial artım proqnozları ilə bağlı fikirlərini bölüşüb.
Yeni sessiyada komitə üzvlərinə uğurlar diləyən Musa Quliyev iclasın gündəliyi barədə məlumat verib.

Gündəliyin birinci məsələsi - Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatla bağlı bildirilib ki, ötən sessiya ərzində komitənin 17 iclası keçirilib və həmin iclaslarda 33 məsələ müzakirə olunub. Hesabat dövründə komitəyə daxil olan 241 ərizə, şikayət və müraciət araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə danışan Musa Quliyev bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi və digər məsələlər nəzərdə tutulub. Həmçinin bu sessiyada Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı dinləmənin keçirilməsi planlaşdırılıb.

Gündəlikdə üçüncü məsələ olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, sənəddə minimum əmək haqqının hər il yenidən baxılması müddəası təsbit olunur. Layihənin qəbulu həm də ölkəmizin beynəlxalq hesabatlarda reytinqinin də yüksəlməsinə xidmət edəcək.
Gündəliyin sonuncu məsələsi olan Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edərkən komitə sədri beynəlxalq əmək standartlarının ölkəmizdə uğurlu tətbiqindən söz açıb. Qeyd olunub ki, Azərbaycan indiyə qədər Beynəlxalq Əmək Təşkilatının doqquz əsas konvensiyasına qoşulub. Sayca onuncu olan bu konvensiya preambula və 14 maddədən ibarətdir.

Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT-in) Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev təmsil etdiyi təşkilatın təhlükəsizlik və sağlam iş mühiti prioritetləri barədə danışıb. Müzakirə olunan konvensiyanın bu sahədə əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın BƏT-in fundamental konvensiyalarına qoşulmasını ölkəmizdə sosialyönümlü siyasətin uğurla həyata keçirilməsinin, insanların sağlamlığının qorunmasına və əməyin mühafizəsinə ayrılan diqqətin aydın təzahürü kimi dəyərləndirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov çıxışında BƏT-in 187 nömrəli Konvensiyasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Konvensiyaya əsasən, onu ratifikasiya edən ölkə istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin və bununla bağlı ölüm hallarının qarşısının alınması üçün milli siyasət, milli sistem və milli proqramlar hazırlamaqla əməyin təhlükəsizliyi və gigiyenasının davamlı olaraq təkmilləşdirilməsini təşviq edir və fəal tədbirlər görür.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Göydəniz Qəhrəmanov, Səttar Möhbalıyev, Jalə Əliyeva, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər, fikirlərini səsləndiriblər.

İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Əziz Ələkbərov, Sevinc Hüseynova, Nigar Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 917   Tarix: 21 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi

Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind

2 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat

"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti

1 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr