"Minimum əməkhaqqının artımı əslində gəlirin yüksəlməsi deyil, sadəcə pulun itirdiyi dəyərin bərpasıdır" - AÇIQLAMA

"Minimum əməkhaqqının artımı əslində gəlirin yüksəlməsi deyil, sadəcə pulun itirdiyi dəyərin bərpasıdır" - AÇIQLAMAAzərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Bəs görəsən bu il minimum əməkhaqqı haqqı hansı məbləğədək yüksələ bilər?

Sosioloq Elçin Bayramlı bu barədə Sonxeber.az -a açıqlama verib:

"Bu, həqiqətən də təqdirəlayiq yanaşmadır. Çünki hər il iqtisadiyyatda davamlı inflyasiya prosesi gedir və bu, rəsmi statistikada da öz əksini tapır. Nəticədə insanların aldığı maaş və pensiyaların real dəyəri azalır. Yəni nominal olaraq məbləğ eyni qalsa belə, həmin pula almaq mümkün olan məhsul və xidmətlərin həcmi azalır. Pul yerində qalır, amma alıcılıq qabiliyyəti düşür.

Pensiyalarda bu məsələ qismən indeksasiya yolu ilə tənzimlənir - rəsmi inflyasiya faizinə uyğun artım edilir və itirilmiş dəyər kompensasiya olunur. Eyni yanaşma əməkhaqlarına da tətbiq olunmalıdır. Əgər ölkədə illik inflyasiya 10 faizdirsə, deməli maaş və pensiyalar da minimum 10 faiz artırılmalıdır. Bu artım əslində gəlirin yüksəlməsi deyil, sadəcə pulun itirdiyi dəyərin bərpasıdır.

Sadə misalla izah etsək: 400 manat maaş alan şəxs, kilosu 1 manata olan almadan 400 kilo ala bilirdisə və bir il sonra almanın qiyməti 1.30 manata qalxıbsa, həmin maaş artıq əvvəlki gücünü itirib. Bu halda əməkhaqqı təxminən 500 manata qaldırılmalıdır ki, insan yenə əvvəlki kimi 400 kilo alma ala bilsin. Yəni məqsəd zənginləşdirmək yox, alıcı gücünü qorumaqdır.

Bu səbəbdən minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmalı və o, real inflyasiyaya uyğun şəkildə indeksasiya olunmalıdır. Problem ondadır ki, bəzən rəsmi inflyasiya göstəriciləri bazardakı real bahalaşmanı tam əks etdirmir. Kağız üzərində 5 faiz göstərilsə də, insanlar gündəlik xərclərində 10-20 faiz artımı hiss edirlər. Əsas məsələ inflyasiyanın real və düzgün hesablanmasıdır. Çünki yanlış göstərici yanlış əməkhaqqı deməkdir.

Məsələn, minimum əməkhaqqı 400 manatdırsa və il ərzində inflyasiya 10 faiz olubsa, rəsmi olaraq bu məbləğ ən azı 440 manat olmalıdır. Bu, bir çox ölkədə tətbiq olunan normal iqtisadi yanaşmadır. Burada əsas prinsip nominal məbləğ deyil, pulun real alıcılıq qabiliyyətidir. Çünki bazarda insanı maraqlandıran pulun adı yox, onunla nə ala bilməsidir - ərzaq, geyim, dərman və digər zəruri tələbatlar.

Əgər inflyasiya yoxdursa, maaş artmaya bilər. Amma qiymətlər yüksəlirsə, əməkhaqqı da mütləq uyğunlaşmalıdır. Bunun üçün dünya təcrübəsinə əsaslanan, sosial yönümlü mexanizmlər tətbiq olunmalıdır. İnsanların əsas zəruri ehtiyacları düzgün hesablanmalı, minimum istehlak səbəti və yaşayış minimumu real qiymətlərə uyğun müəyyənləşdirilməlidir. Hazırda bu göstəricilər həm həcm, həm də qiymət baxımından reallıqdan geri qalır. Minimum əməkhaqqı təəssüf ki, bizdə çox aşağıdır.

Bir insanın normal həyat qurması üçün minimum əməkhaqqının müəyyən həddi olmalıdır. Bir çox ölkədə belə prinsip var ki, minimum əməkhaqqı ən azı iki nəfərin aylıq əsas tələbatını ödəməlidir. Bu hesabla yanaşsaq, yaşayış minimumu 300 manatdırsa, minimum əməkhaqqı azı 600 manat olmalıdır. Təəssüf ki, mövcud vəziyyətdə bu hələ real görünmür və artımlar daha çox 10 faiz civarında olur. Amma uzunmüddətli perspektivdə hədəf məhz ədalətli yaşayış səviyyəsi olmalıdır.

Minimum əməkhaqqının artırılması təkcə aztəminatlılara yox, ümumilikdə əmək bazarına təsir edir. Çünki minimum hədd qalxdıqca digər maaşlar da mərhələli şəkildə yüksəlir, orta əməkhaqqı artır və daha geniş əhali qrupu bundan faydalanır. Bu isə sosial ədalətin güclənməsinə xidmət edir.

Unutmaq olmaz ki, inflyasiyaya uyğun maaş artımı artım sayılmır - bu, sadəcə kompensasiyadır. Əsl rifah artımı isə bundan əlavə edilən real yüksəlişlə mümkündür. Nominal dəyər pulun üzərində yazılan rəqəmdir, real dəyər isə onun bazarda nə qədər həyat təmin edə bilməsidir.

Düzgün qurulmuş sistem aztəminatlı insanların minimum ehtiyaclarını qarşılaya biləcəyi hədləri təmin etməlidir. Əks halda ailələr dolana bilmir. Məsələn, 4 nəfərlik ailədə ana və ata hərəsi 400 manat maaş alırsa, ailənin aylıq gəliri 800 manat edir. Halbuki yaşayış minimumu hesabı ilə həmin ailənin ən azı 1200 manata ehtiyacı var. Bu fərq isə sosial gərginlik və məişət problemləri yaradır.

Ona görə də məqsəd sadəcə maaşı artırmaq yox, insanların real yaşayış səviyyəsini qoruyan ədalətli iqtisadi mexanizm qurmaqdır. İnflyasiya qarşısında qorunan əməkhaqqı sistemi həm sosial sabitliyin, həm də sağlam cəmiyyətin əsas şərtlərindən biridir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2681   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr