Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndərib

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndəribCüdo üzrə milli komandanın keçmiş üzvü, Azərbaycan Respublikası Cüdo Federasiyasının rəhbərliyi tərəfindən haqsız şəkildə milli komandadan uzaqlaşdırılan Şamil Tuncay Zəfər oğlu başına gətirilənlərlə bağlı ölkə başçısına açıq məktub ünvanlayıb.

Sonxeber.az həmin məktubu olduğu kimi təqdim edir:

Gənclərin dostu, Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyev!

Sizin ölkənin idman sahəsinə göstərdiyiniz qayğı göz önündədir. Sayənizdə idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, göstərdiyiniz diqqət və qayğı nəticəsində idmançılarımız beynəlxalq arenada yüksək nəticələr əldə etməkdədirlər. Bu yanaşmanın nəticəsi olaraq son illərdə Azərbaycanda idman sahəsində genişmiqyaslı və sistemli işlər görülmüşdür. Sizin təşəbbüsünüz və dəstəyiniz ilə ölkənin paytaxtında və regionlarında müasir idman infrastrukturu yaradılmış, onlarla Olimpiya İdman Kompleksi, stadionlar, idman zalları və digər idman obyektləri tikilərək istifadəyə verilmişdir. Bu obyektlər gənclərin idmana cəlb olunmasına, idmanın kütləviliyinin artırılmasına və peşəkar idmançıların yetişdirilməsinə böyük töhfə vermişdir.

Azərbaycan bir sıra nüfuzlu beynəlxalq yarışlara, o cümlədən Avropa və dünya səviyyəli çempionatlarda ev sahibliyi etmişdir. Bu tədbirlər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və turizmin inkişafına müsbət təsir göstərmişdir.

İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazandığı bir dövrdə Cüdo Federasiyasına təyin edilmiş bəzi vəzifəli şəxslər bu etimaddan sui-istifadə edərək mənə qarşı ədalətsiz qərar qəbul etmişlər.
Ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil etməyimə, 4 yaşından etibarən idmanla məşğul olmağıma baxmayaraq, heç bir təqsirim olmadan federasiyanın 17.11.2025-ci il tarixli qərarı ilə mən 10(on) il müddətinə Azərbaycan Milli Komandasından uzaqlaşdırılmışam və mənim yarışlarda, təlim və ya təlim -məşq toplanışlarında iştirakıma 10 il müddətinə qadağa qoyulmuşdur.

Bu ədalətsizliklə bağlı bir neçə dövlət qurumuna rəsmi şəkildə müraciət etməyimə baxmayaraq, müraciətlərim cavabsız qalmışdır. Federasiyanın verdiyi ədalətsiz qərar mənim idman sahəsindəki karyeramı həm ölkə ərazisində, həm də xarici ölkələrdə davam etdirməyimin qarşısını alır. Mənim nəinki ölkəmizdə, həmçinin ölkə xaricində karyeramı davam etdirməyimin qarşısını almaqda Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin məqsədi nədir? Nəyə görə digər ölkələrdən təkliflər aldığım halda mən idman sahəsində karyeramı davam etdirə bilmirəm. Mənə qarşı belə qərəzin səbəbini nədir?

Ölkədə idmanın inkişafı dövlət səviyyəsində dəstəkləndiyi, idmançılar üçün bərabər, sağlam mühitin yaradıldığı, Azərbaycanın beynəlxalq yarışlara yüksək təşkilatçılıq səviyyəsi ilə ev sahibliyi etdiyi, və iştirakçı ölkələr tərəfindən müsbət qiymətləndirildiyi bir dövrdə bir Azərbaycan gəncinə edilmiş bu haqsızlıq təəssüf doğurur.

Sizdən xahiş edirəm ki, mənə qarşı qəbul edilmiş ədalətsiz qərarın ləğv edilməsinə və digər ölkəyə transfer olub orada karyeramı davam etməyimə köməklik göstərəsiniz.

Qeyd edək Tuncay Şamil Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə bağlı müvafiq dövlət qurumlarına da yenidən müraciət edəcəyini vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 170   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlik xəbərdarlıq etdi

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, məhvetmə prosesi fevralın 2-6-da təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunu

2 fevral
.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndərib

Cüdo üzrə milli komandanın keçmiş üzvü, Azərbaycan Respublikası Cüdo Federasiyasının rəhbərliyi tərəfindən haqsız şəkildə milli komandadan uzaqlaşdırılan Şamil Tuncay Zəfər oğlu başına gətirilənlərlə bağlı ölkə başçısına açıq məktub ünvanlayıb. həmin məktubu olduğu kimi təqdim edir:. Gənclərin dostu

2 fevral
.

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. BİG.AZ -a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımı

31 yanvar
.

76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir. AYNA-dan -a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasın

31 yanvar
.

"BEAUTY DERM" Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?

Bakıda fəaliyyət göstərən "BEAUTY DERM" Estetik Mərkəzi və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır. Pasiyent şikayətləri, media materialları, foto və video sübutlar

2 fevral
.

Açıq-saçıq və dini geyimlər məktəb mühitinə necə təsir edir? - AÇIQLAMA

Məktəb yalnız dərs keçilən yer deyil, eyni zamanda uşaqların və yeniyetmələrin şəxsiyyət kimi formalaşdığı sosial mühitdir. Burada davranış qaydaları, ünsiyyət formaları, özünüifadə tərzi və hətta geyim seçimi belə psixoloji iqlimə təsir göstərir. Son illər məktəblərdə geyim mövzusu - xüsusilə açıq-saçı

2 fevral
.

2 fevralda iş olacaq?

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. -ın məlumatına görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bayram günləri qeyri-iş və iş günü olan bayramlar olaraq iki yerə bölünür. Gənclər Günü isə qeyri-iş günləri siyahısına daxil edilməyib. Bu səbəbdən 2 fevral iş günü hesab olunu

31 yanvar
.

Nazir müavini: "Transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik"

"Meyitdən orqanların köçürülməsi üçün müəyyən ardıcıl işlər görülüb. Transplantasiya ilə bağlı qanunun qəbul edilməsi hüquqi bazanı gücləndirdi. Bizim həkimlər beyin ölümü diaqnozunu qoymaqda çətinlik çəkirdilər. Bunun həlli istiqamətdə nazirlik tərəfindən ciddi addımlar atıldı". xəbər veri

31 yanvar
.

Məktəblərdə qış tətili başa çatdı

Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb. xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupların

2 fevral