Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça"Science of the Total Environment" jurnalında dərc olunan yeni araşdırma çay həvəskarlarını qorxuya salıb. Elm adamları müəyyən ediblər ki, isti çayda bir litrə qədər 60 ədəd mikroplastik parçacıq ola bilər. Bu isə o deməkdir ki, hər dəfə bir fincan paket çay içəndə təxminən 15 ədəd gözlə görünməyən plastik parçası uduruq.

Milli.Az xəbər verir ki, xüsusilə paket çayların kağız kimi görünən hissələrində və ya paketlərin bağlanma nöqtələrində istifadə olunan plastik maddələr qaynar su ilə təmasda olduqda parçalanır. Bu hissəciklər bədəndə xroniki iltihablanmaya, hormonal pozğunluqlara və bağırsaq florasının (mikrobiomun) korlanmasına səbəb ola bilər.

Plastik örtüklü birdəfəlik kağız stəkanlarda içilən çaylarda mikroplastik sayı daha da artır. Şüşə fincanlarda bu rəqəm 14-ə düşdüyü halda, plastik örtüklü stəkanlarda 22-yə qədər yüksəlir.

Məqalədə çaya acılıq verən "tanen" maddəsinə də toxunulub. Tanenlər qidadan aldığımız dəmirin bədən tərəfindən sorulmasına mane olur. Bu, xüsusilə hamilə qadınlar, veganlar və qanazlığı olanlar üçün risklidir.

Ekspertlərdən 4 mühüm tövsiyə:
Paket çaylar əvəzinə ənənəvi dəm çayından istifadə edin. Bu, mikroplastik riskini minimuma endirir.

Çay içərkən plastik və ya daxili plastik örtüklü kağız stəkanlar əvəzinə mütləq şüşə və ya çini (porselen) qablar seçin.

Çaya limon sıxmaq tərkibindəki C vitamini sayəsində dəmirin bədən tərəfindən daha yaxşı sorulmasına kömək edir.

Gün ərzində çay istehlakını 3 fincanla məhdudlaşdırın. Həmçinin, çayı yeməkdən dərhal sonra deyil, ən azı bir saat sonra içməyə çalışın.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 7649   Tarix: 01 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021