Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Bəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziya və radiolarda, influenserlərə, çöl və iç reklamlara xərclənir. Hətta www.statista.com saytı 2025-ci il üzrə Azərbaycan reklam bazarını 298.24 milyon ABŞ dolları həcmində dəyərləndirib. Lakin bəzən reklam olsa da satış və marja sahibkarlar üçün kifayət etmir. Biznesin inkişafı xərclərlə proporsional olmur. O zaman problem haradadır sualı ortaya çıxır.
Təbii ki, araşdırma, doğru ölçmə mexanizmləri olmadıqca müşahidə ilə fikir bildirmək çətinləşir. Lakin marketinq və kommuniksiya menecerləri də burda öz monotonluğunu qəbul etməlidir. Problem reklam sayında - çoxluğunda və ya azlığında yox, bütün brendlərin eyni dildə danışması, oxşar sloqanlardan istifadə etməsi, hətta eyni simalar, eyni influenserlərə müraciətindədir. Məsələn, bu gün bazarda çox brend var ki, fərqli olmaq istəyir, amma eyni cümlələri qurur: "mənim keyfiyyətim", "münasib qiymətə", "müştəri məmnuniyyəti", "inanılmaz endirim" və s. İnsanlar artıq bu sloqanları eşitmir, bu çağırışlara fərqli və loyal yanaşmır. Çünki daha öncə eyni sloqanlarla bağlı müsbət və ya mənfi təcrübəsi var. Bunlar artıq istehlakçı üçün doğru çağırış yox, fon səsidir. Buna görə də artıq dünyanın lider markaları marketinqi yeniləyərək "neyro marketinq"ə fokuslanır. İnsan beyni seçicidir. O, yalnız ona toxunanı təhtəl yaddaşında saxlayır. Qalan hər şey avtomatik filterdən keçir və bloklanır.
Günümüzün marketinqdə ən böyük səhv menecerlərin danışmaqla ünsiyyət qurmağı eyni şey olaraq görməsidir. Lakin müştərilərimiz üçün danışmaq təkcə mesajı ötürməkdir. Lakin onunla ünsiyyət, ona fərqli yanaşdığını hiss etməsidir. Yəni müştəri mesajla həyəcanlanmırsa, hərəkətə keçmirsə, o məlumatı paylaşmırsa xərclədiyiniz pul sadəcə itgidir.
Son olaraq onu da qeyd edək ki, hər bir mesajın altında hərəkətverici və müştəriyə toxunan səbəb olmalıdır. O zaman bazarda fərqiniz hiss olunacaq. Çünki insanlar reklama yox, özlərini anlayanlara reaksiya verir.
Yazını hazırlayan Marketinq və kommunikasiyalar üzrə ekspert, Elvin Babayev. Daha çox yazıları izləmək üçün linkedin səhfəsini izləyə bilərsiniz: https://www.linkedin.com/in/elvin-babayev-menecer/
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Niyə bu sabunun üzərinə 72 faiz yazılır?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin