"Bona Dea" Nigar Köçərlini məhkəmə verdi
"Liv Bona Dea" Hospital "Əli və Nino" kitab mağazasının sahibi Nigar Köçərlini məhkəməyə verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.
Buna səbəb kimi hospitalın nüfuzauna xələl gətiriləcək paylaşımların edilməsi göstərilir: "Son dövrlərdə "Liv Bona Dea" Hospitalda əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi instaqram hesabı və digər sosial şəbəkə platformalarında xəstəxanamız haqqında həqiqəti əks etdirməyən, işgüzar nüfuzumuza xələl gətirən paylaşımlar edilmiş və hazırda da bu paylaşımlar davam etdirilməkdədir.
Qeyd edilən hallarla bağlı olaraq, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəfimizdən 31.01.2026 tarixində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınıb.
Bildirmək istərdik ki, Nigar Köçərli "Liv Bona Dea" Hospital barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb. Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib. "Liv Bona Dea" Hospital olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görməmişik. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir. Yekun məhkəmə qərarı əldə edildikdən sonra, nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcək".
Qeyd edək ki, bu gün Nigar Köçərli də paylaşım edərək hospitala qarşı məhkəmə hazırlığına başladığını açıqlayıb.
Xatırladaq ki, ötən ay sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli sosial şəbəkə hesabında tibb müəssisəsində ona biganə yanaşıldığını və baxımsız vəziyyətdə qaldığını açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1334 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr