"Həkim dedi ki, hara istəyirsən get, kim mənə nə edəcək?"
Cəfərovlar ailəsi 9 yaşlı övladları Ülvinin anadangəlmə ürək qüsurlu olsa da, əlilliyin təyin edilməməsindən şikayətçidir.
Axşam.az xəbər verir ki, bununla bağlı ailə "Baku TV"yə müraciət edib. Olar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından əlilliyin təyin olunması ilə bağlı kağızın onlara verilmədiyini iddia ediblər.
9 yaşlı uşağın atası Qafar Cəfərov deyib ki, övladı anadangəlmə ürək qüsurludur:
"Üç yaşından aşkar etmişik ki, övladımızda anadangəlmə ürək qüsuru var. Ürəyində deşik var. Nəfəs yolundadır. Bütün analizlərdən keçmişik, ürəyindən başqa qüsur çıxmayıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında bir həftə yatıb. Çıxanda dedik ki, uşağımız üçün Forma-88 verin. Dedilər ki, verə bilmərik, yazacağıq uşağın xəstəxanada qripdən yatıb.
6 ildir bu yollardayam. TƏBİB də vəziyyəti bilir. Bizi yönləndiriblər Respublika Xəstəxanasına. Orada da uşaqda eyni problemlər çıxıb. Oradan da Yeni Klinikaya göndəriblər. Klinikada uşağın vəziyyəti pisləşdi. Haradasa 40 dəqiqə övladıma süni nəfəs verildi.
İstəyim odur ki, uşağa əlillik təyin edilsin. Yayda vəziyyəti pis olur. Qışdır, amma onu isti hamamda çimizdirə bilmirik. Evin içində sərində çimizdiririk. İsti yer olmaz. Bir neçə gün əvvəl xəstəxanaya aparanda yolda 3 dəfə halı pisləşdi".
O, xəstəxandan onlara nə əlilliklə, nə də bununla bağlı imtina kağızının verildiyini söyləyib:
"Sonuncu dəfə yanvarın 30-u xəstəxanadan cavabları götürüb apardıq. Respublika Xəstəxanasında uşağa diaqnoz qoyulmalı və əlilliklə bağlı kağız verilməli idi. Amma həkimlər dedilər ki, biz sizə kağız verə bilmərik. Tələb etdim ki, yazılı şəkildə mənə təqdim edin - bu səbəbdən imtina edirsiniz. Dedilər ki, nə yazılı, nə də şifahi kağız vermirik, gedin hara şikayət edirsiniz, edin. Əlavə etdilər ki, hara şikayət edirsən et, mənə kim nə edəcək? 6 ildir bu yollardayam. Xahiş edirəm, mənə kömək edin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 758 Tarix: 04 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr