"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram"
"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb".
Bunu "Qafqazinfo"ya ötən gün Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov bildirib.
O, hadisənin səbəbini bilmədiyini deyib: "Vuran uşağın ailəsi çox gözəl ailədir. Uşağın dayısı ilə də dost olmuşam, pisliklərini görməmişəm.
Oğlum dedi ki, ata, məni qırağa - öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa. Öz evlərinə tərəf getmədi..."
R.Bəşirov 4 övladı olduğunu, kommunal idarədə işlədiyini qeyd edib.
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkimi Azad Hüseynov açıqlamasında xəstənin vəziyyətinin orta-ağır olduğunu açıqlayıb: "Uşağın bədəninin müxtəlif nahiyələrində çoxsaylı - 20-yə yaxın kəsilmiş-deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qanitirmə müşahidə olunurdu. Təcili olaraq əməliyyat blokuna götürüldü. Bütün yaralar cərrahi işləndi. Xəstə ağır vəziyyətdə reanimasiya şöbəsinə verildi. Hazırda ümumi vəziyyəti orta-ağır qiymətləndirilir".
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1014 Tarix: 05 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrPensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı
1 noyabrAzərbaycanda aliment artırılacaq
2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur. xəbər verir ki, bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, uşaqlar üçün yaşayı
1 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr