Sumqayıt məktəblərində insident - Yenilənib
Sumqayıt məktəblərində insidentlər baş verib.
Sonxeber.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.
Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.
İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub.
*
Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-i saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub: "Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
*
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
"Faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır", - o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 839 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmtahanda bəzi suallar iştirakçıları çaşdırmağa yönəlir..."
"İmtahan suallarının real həyatla uyğunluğunun artırılması olduqca vacib məqamdır". "Qafqazinfo" "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-prakti
10 aprelDövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - Foto
Bakıda 31 yaşlı kişi çoxmərtəbəli binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Lütfi Zadə küçəsində baş verib. Belə ki, Müzəffər İlham oğlu Aydınlı binanın 15-ci mərtəbəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, M.Aydınlı Səfərbərlik və Hərb
9 aprelQaxla Şahdağa qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağd
9 aprel"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
9 aprelAzyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsin
9 aprelMəktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDI
Biləsuvarda təhsil müəssisəsində insident olub. -a istinadən xəbər verir ki, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib. Orada çalışan 44 yaşlı müəllim Afiq Axundov ilə Fariz (adlar və soyad şərtidir - red.) adlı valideyn arasında mübahisə olub. Qida satışı olan hissədə mübahisə zaman
10 aprelBinadan gələn pis qoxu acı gerçəyi ortaya çıxardı - VİDEO
Türkiyənin Edirnə şəhərində tək yaşayan yaşlı kişinin evindən yayılan pis qoxu faciənin üstünü açıb. türk mediasına istinadən xəbər verir ki, şəhərin mərkəzi rayonuna bağlı Meydan məhəlləsində yerləşən yaşayış binasında tək yaşayan 67 yaşlı Y.E.-dən bir müddətdir xəbər ala bilməyən qonşular mənzildə
9 aprel