"Regionlarda işçi çatışmazlığının səbəbi təkcə maaş deyil, sosial prestij problemidir" - AÇIQLAMA
Son illər regionlarda bəzi sahələr üzrə işçi çatışmazlığı müşahidə olunur. Yerli iş yerlərinin olmasına baxmayaraq, xüsusilə gənclərin bu sahələrdə çalışmağa maraq göstərməməsi, paytaxta və ya xaricə üz tutması diqqət çəkir. Mütəxəssislər bu vəziyyətin təkcə iqtisadi deyil, eyni zamanda sosial və mədəni səbəblərlə də bağlı olduğunu bildirirlər. Bəs regionlarda bəzi sahələr üzrə işçi tapılmamasının arxasında hansı sosial amillər dayanır və bu problemin həllində cəmiyyətin rolu nədən ibarət olmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O açıqlamasında qeyd edib ki, regionlardakı kadr çatışmazlığını yalnız vakansiya, "rəqabətədavamlı maaş" kimi "peyvənd"lərlə müalicə etmək mümkün deyil:
"İnsanların paytaxta axını təkcə maaş problemi deyil, həm də sosial status və prestij problemidir. İnsanlar əmək fəaliyyəti nəticəsində yalnız pul qazanmırlar, həm də nüfuz, prestij və tanınma qazanmaq istəyirlər. Regiondakı bir çox peşə isə, bəllidir ki, iqtisadi gəlir gətirsə də, sosial status baxımından cazibədar görünmür. Bu gün bir gənc üçün "paytaxtda filan şirkətdə işləyirəm" demək daha cazibədar səslənir, nəinki ondan daha artıq maaşa hansısa rayonda işləmək. Hətta insanlar fermer fəaliyyəti, təsərrüfat işləri ilə şəhərdə qazandıqlarından 4-5 qat artığını qazana biləcəkləri halda, bu işlərə maraq göstərmirlər. Çünki məsələ heç vaxt təkcə maaş olmayıb.
Digər tərəfdən, bu proses klassik "mərkəz-periferiya" modelində qurulmuş strukturların xarakterik özəlliyidir. Belə sistemlərdə mərkəz (paytaxt) daha çox imkan, şəbəkə və perspektiv vəd edir. Yatırımlar, fürsətlər birinci mərkəzə gəlir və oranın süzgəcindən keçir. Periferiyaya isə süzgəcdə qalan "ikinci sort" imkanlar qalır. Buna görə də regionlarımız hələ də beynimizdə məhdud seçimlərlə assosiasiya olunur. Gənclər isə yalnız iş axtarmırlar, ümumilikdə həyat tərzi axtarırlar. Əgər region sosial, mədəni və peşəkar inkişaf imkanları baxımından kasad görünürsə, təkcə vakansiya elan etməklə problemi həll etmək, əlbəttə ki, çətin olacaq.
Ona görə də bu problemin həll yolu təkcə iqtisadi təşviqlər yox, həm də sosial mühitin transformasiyasıdır. Regionda işləmək prestijli və perspektivli seçim kimi təqdim olunmalıdır. Keyfiyyətli təhsil infrastrukturu, sosial həyat, peşəkar şəbəkələşmə imkanları yaradılmalıdır. Əks halda, gənclərin paytaxta və ya xaricə axını davam edəcək və biz əlavə iş yerləri açmaqla da bu tendensiyanı dayandıra bilməyəcəyik".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1261 Tarix: 17 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabr