Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər azadlığa buraxıldı

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər azadlığa buraxıldıŞəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşları Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad azadlığa buraxılıblar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar cəza müddətləri başa çatdığı üçün bu gün Bakı İstintaq Təcridxanasından azad edilərək, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil veriliblər.

Xatırladaq ki, ötən il avqustun 17-də üç əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi beş günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Sabail Rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Bakı Apellyasiya Məhkəməsi isə Səbail Rayon Məhkəməsinin hökmünü dəyişdirərək, təqsirləndirilən əcnəbilərin cəzasını 2 ildən 6 aya endirib.

Bununla da həmin əcnəbilərin cəza müddəti başa çatıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 551   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azıx mağarası - Azərbaycanlıların ilk evi - (Video)

Azərbaycanın tarixi irsinin ən mühüm abidələrindən sayılan Azıx mağarasından yayılan yeni görüntülər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib. xəbər verir ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunan mağaradan lentə alınan kadrlar qısa müddətdə geniş maraq doğurub. Paylaşıla

22 iyul
.

Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI

2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Bildirilib ki, məişət zorakılığ

23 iyul
.

Hazır və gəlir gətirən biznes axtarırsınız? - Premium səviyyəli gözəllik mərkəzi hazır biznes kimi satışa təqdim olunur

Hazır və gəlir gətirən biznes axtarırsınız?. Şəhərin ən prestijli ərazilərindən birində, Təhsil Nazirliyinin yaxınlığında yerləşən premium səviyyəli gözəllik mərkəzi hazır biznes kimi satışa təqdim olunur. İllərdir uğurla fəaliyyət göstərən və geniş müştəri bazasına sahib olan mərkəz təxminən 300 kv.

22 iyul
.

Salyanda müəmmalı hadisə: Qoyunlar tapıldı, ÇOBAN YOX - FOTO - VİDEO

"Heyvanları qonşunun oğlu ilə birgə aparıb Xırdalanda satıb". xəbər verir ki, bu sözləri İctimai TV-ə Salyanda 84 baş qoyunla birgə yoxa çıxan çobanın işlədiyi təsərrüfatın sahibi İlkin Rüstəmov deyib. İ.Rüstəmov qoyunlarının 72-ni geri qaytara bildiyini qeyd edib. "Qoyunlarımı satdığ

23 iyul
.

IV kurs tələbəsi vəfat etdi

Bakıda IV kurs tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, vəfat edən Adil Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi olub. Onun hansı səbəbdən həyatını itirdiyi açıqlanmayıb

22 iyul
.

Bakıda 31 yaşlı şəxs küçədə öldü

Bakıda 31 yaşlı şəxs küçədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, iyulun 22-si saat 18 radələrində Lerik rayon sakini 1995-ci il təvəllüdlü F.Qasımovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Binəqədi qəsəbəsinin ərazisində tapılıb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilib

23 iyul
.

Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq. "Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib. Onun sözlərinə görə, bu peşə məktəbləri Türkiyə ilə əməkdaşlı

23 iyul
.

Azərbaycanda bəzi şəxslər Sudana vizasız gedə biləcəklər

Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş təsdiqlənib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il mayın 19-d

22 iyul
.

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona

Gəncədə fəaliyyət göstərən "Gəncə Bazar Ticarət Mərkəzi" hərraca çıxarılıb. -ya istinadən xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir. Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,00 AZN-dir. Bazarın Gəncənin sabiq icra başçıs

23 iyul