"Təhsilin əsas məqsədi şagirdi peşəyə deyil, həyata hazırlamaqdır" - Elmin Nuri

"Təhsilin əsas məqsədi şagirdi peşəyə deyil, həyata hazırlamaqdır" - Elmin NuriMüasir dövrdə təhsilin əsas məqsədi şagirdlərin fərdi bacarıq və maraqlarını üzə çıxarmaq, onları gələcək peşə seçimlərinə hazırlamaqdır. Lakin bir çox hallarda şagirdlər istəklərinə uyğun fənləri seçmək və həmin istiqamətdə dərinləşmiş təhsil almaq imkanı əldə etmirlər. Bu isə həm motivasiyanın azalmasına, həm də potensialın tam reallaşmamasına səbəb ola bilər. Şagirdlər niyə istəklərinə uyğun fənnlər üzrə təhsil ala bilmirlər?

Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Elmin Nuri danışıb.

O, açıqlamasında qeyd edib ki, bu məsələdə diqqəti fərqli bir detalın üzərində cəmləmək lazımdır:

"Bəli, şagirdlərin istək və gələcək planlarına uyğun fənn seçmələri dünya təcrübəsində də var. Amma çağdaş təhsil mühiti ilə bağlı danışırıqsa, o zaman məktəblərdə tətbiq olunan kurikulum tədrisini və onun əsas mahiyyətini ön plana çəkməliyik. Kurikulum şəxsiyyətyönümlü tədris metodu olmaqla prosesdə iştirak edən hər fənnin üzərinə şagirdi şəxsiyyət kimi formalaşdırmaq, ona müxtəlif məzmun xətləri vasitəsilə müxtəlif dəyərlər və bacarıqlar aşılamaq vəzifəsini qoyur. Yəni burada hər hansı fənn şagirdin istəklərinə və peşə seçiminə deyil, onun təfəkkür və təxəyyül kateqoriyaları üzrə inkişafına xidmət edir.

İstənilən fənn kurikuluma görə özünün məzmun standartları və məzmun xətləri ilə daha ali meyarın daşıyıcısıdır. Bu meyar isə şagirdin istəkləri və onun peşəyönümlü seçimləri ilə məhdudlaşmır. Təbii ki, bu iki amil də vacibdir, amma daha vacib bir meyar var. O nədir? Müasir təhsilin əsas məqsədi heç də şagirdləri yalnız peşə seçiminə və peşə bacarıqlarına hazırlamaq deyil. Əsas məqsəd şagirdi həyatın özünə hazırlamaqdır.

Daha doğrusu, şagirdin özünü fərddən şəxsiyyətə doğru inkişaf etdirməsinə və bundan sonra hər hansı seçimi daha uğurla etməsinə xidmət etməkdir. Peşə seçimləri də məhz bu mərhələdən sonra öz qüvvəsini tapır. Amma biz birinci mərhələni düzgün təşkil etməsək, keçirilən fənlərə məhz bu mərhələnin tələbləri kontekstindən baxmasaq və birbaşa "təhsil və uğurlu peşə" tandemini önə çəksək, təhsilin mahiyyətini xeyli kiçiltmiş olarıq".

Ekspert vurğuladı ki, tədris olunan fənlər ilkin mərhələnin tələbləri kontekstində bizim üçün olduqca faydalıdır:

"Hər fənn özünün məzmun standartları ilə şagirdin şüuraltı dünyasını formalaşdırmaq və onu gələcəyə bu məntiqlə hazırlamaq məqsədi daşıyır.

Məsələn, riyaziyyat fənni özünün bir neçə məzmun xətti ilə şagirddə fəza-həndəsi təfəkkürün, fərqli təxəyyül bacarıqlarının və analitik təhlil keyfiyyətinin formalaşdırılması üçün nəzərdə tutulub. Bu keyfiyyətlər gələcəkdə yalnız müəyyən peşəni seçəcək şəxslər üçün deyil, bütövlükdə bütün fərdlər üçün vacibdir.

Odur ki, fənləri öz missiyasına uyğun qiymətləndirmək, onları yalnız peşə tələbləri əsasında kateqoriyalaşdırmaq doğru olmaz".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 666   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA

Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə

1 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr
.

Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama

"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin

1 noyabr
.

Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?

Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili

1 noyabr
.

Bu gündən bu QADAĞA qüvvəyə minir

Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa

1 noyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr