Şəxsi məlumatlarınızı paylaşmayın! - Prokurorluqdan xəbərdarlıq (VİDEO)
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə müsbət təsir göstərsə də, paralel olaraq kibercinayətkarlıq risklərini də artırmışdır. Şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, fişinq hücumları, kiberzorakılıq və zərərli proqram təminatlarının yayılması həm fərdlər, həm də dövlət və özəl qurumlar üçün ciddi təhlükə yaradır. Bu baxımdan kibercinayətkarlıqla mübarizə milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaşların hüquqlarının qorunması üçün strateji əhəmiyyət daşıyır.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun müraciətində deyilir.
Kibercinayətlərin əsas xüsusiyyətlərindən biri onların çox vaxt istifadəçilərin məlumatsızlığı və diqqətsizliyi nəticəsində baş verməsidir. Texniki müdafiə mexanizmləri vacib olsa da, insan faktoru kibertəhlükəsizliyin ən zəif halqası olaraq qalır. Məhz bu səbəbdən kibercinayətkarlıqla mübarizədə maarifləndirici tədbirlər xüsusi rol oynayır.
Maarifləndirmə tədbirləri vətəndaşlarda təhlükəli onlayn davranışların tanınması, şəxsi məlumatların qorunması, şübhəli link və mesajlardan yayınma, güclü parollardan istifadə vərdişlərinin formalaşdırılması kimi bacarıqları inkişaf etdirir. Xüsusilə sosial videoçarxların nümayiş etdirilməsi maarifləndirmənin ən effektiv vasitələrindən biridir. Qısa, anlaşılan və emosional təsir gücünə malik videoçarxlar vətəndaşlarda təhlükə hissini düzgün formalaşdırır, məsuliyyətli rəqəmsal davranışı təşviq edir və kibercinayətkarlıqla mübarizədə dövlət-cəmiyyət əməkdaşlığını gücləndirir.
Sözügedən məsələnin əhəmiyyəti nəzərə alınaraq, Baş Prokurorluq vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə sosial videoçarx təqdim edir. Bu maarifləndirici video sosial şəbəkələrdə düşünülməmiş paylaşımların doğura biləcəyi fəsadlara diqqət çəkmək üçün hazırlanıb.
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edir!
Başqalarına şəxsi məlumatlarınızdan qanunsuz istifadə etməyə imkan yaratmayın!!
Belə olan halda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinə və digər hüquq mühafizə orqanlarına müraciət edin!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 949 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
1 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrBu cərimənin məbləği KƏSKİN AZALIR
İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind
1 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrBu gündən bu QADAĞA qüvvəyə minir
Türkiyədə sosial şəbəkələrdən istifadə ilə bağlı yeni qaydalar bu gündən qüvvəyə minib. Buna əsasən, 15 yaşını tamamlamayan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər. xəbər verir ki, yeni hesab yaratmaq istəyənlər yaşlarını "e-Devlet" portalı vasitəsilə əldə ediləcək xüsusi rəqəmsa
1 noyabrGələn il maaşlar BU QƏDƏR ARTACAQ
2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını
1 noyabr