Qadınları Türkiyədə ailə qurmaq adı ilə 6-8 min dollara satıb - Video
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.
Sonxeber.az nazirliyə istinadən xəbər verir ki, o, xarici ölkələrin birində şəxsiyyətləri konfidensial saxlanılan Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.
R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.
Qeyd edək ki, son günlərdə Türkiyədə Azərbaycan vətədaşı olan qadının yeni evləndiyi şəxsləri aldadaraq külli miqdarda qızılla qaçmasına dair məlumatlar yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 691 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsin
9 aprelTahir Gözel Müşahidə Şurasının sədri oldu
Azərbaycanın aparıcı sənaye qruplarından olan "Azərsun Holdinq"in idarəetməsində strateji dəyişiklik həyata keçirilib. "Qafqazinfo" xəbər verir ki, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bildirilib ki, bu dəyişiklik ailə biznesinin növbət
9 aprelBu xəstəxanın sahibinin üç milyon manat borcu yaranıb
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb. Qeyd edək ki, "Synerg
9 aprelVətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki
8 aprelNaxçıvanda Ombudsman haqqında qanun ləğv oluna bilər
Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər. xəbər verir ki, sözügedən məsələ Naxçıvan MR Ali Məclisinin aprelin 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxta
8 aprel124 yaşlı bina hər an uça bilər (VİDEO)
Tavanlar uçub, divarlar dağılıb, döşəmə çöküb, pilləkənlər isə yararsız vəziyyətdədir. Görüntülər Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 86 nömrəli binadandır. Sakinlər deyirlər ki, sözügedən bina 1902-ci ildə inşa edilib və artıq istismar dövrünü çoxdan başa vurub. Yağışlı və küləkli günlərd
8 aprel"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
9 aprel"Təhsil pulla ölçülməməlidir, bu, təhlükəli tendensiyadır" - AÇIQLAMA
"Təhsil bir millətin gələcəyidir, onun mənəvi və intellektual pasportudur. Bakıdakı bəzi özəl liseylərdə təhsil haqqının 50-55 min manat kimi rəqəmlərə çatması, əslində, təhsilin bir "ictimai xidmət" sahəsindən çıxaraq daha çox "lüks bir brend"ə çevrilməsinin göstəricisidir
9 aprel