"Tərkib və tarix aydın olmazsa, risk artır" - Qida eksperti

"Tərkib və tarix aydın olmazsa, risk artır" - Qida ekspertiSon illər açıq satışda təqdim olunan şirniyyat və un məmulatlarının tərkibi ilə bağlı şəffaflıq məsələsi daha çox müzakirə olunur. Xüsusilə marketlərdə və ya şirniyyat evlərində çəkilərək qablaşdırılan məhsulların üzərində bəzən tərkib, istehsal tarixi, son istifadə müddəti və ya istehsalçı barədə məlumatlar göstərilmir. Bu isə istehlakçıların seçim imkanlarını məhdudlaşdırmaqla yanaşı, qida təhlükəsizliyi baxımından da suallar yaradır.
Bəs, açıq və ya yerində qablaşdırılan şirniyyatların üzərində etiket məlumatlarının olmaması qanunvericilik baxımından nə dərəcədə doğrudur və bu hal istehlakçı sağlamlığı üçün hansı riskləri yarada bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a qida eksperti Asim Vəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, qida məhsulu istehlakçıya təqdim olunanda, onun haqqında əsas məlumatlar aydın və əlçatan olmalıdır:

"Qanunvericiliyin ümumi məntiqi sadədir. Məhsul fabrikin qablaşdırması ilə gəlsə də, ya da yerində qablaşdırılsa da, bu prinsip dəyişmir. Yəni "biz burada çəkirik, ona görə tərkib və tarix yazmaya bilərik" yanaşması normal hal kimi qəbul edilmir.

Bəzən mağazalar məlumatı birbaşa qabın üzərində yox, vitrin yanında qiymət kağızında, ayrıca lövhədə verirlər. Bu hal praktikada rast gəlinir. Amma istehlakçı məlumatı real şəkildə görə bilmirsə və soruşanda dəqiq cavab ala bilmirsə, əsas problem buradan başlayır.

Etiket məlumatının olmaması ilk olaraq allergiya riski yaradır. Şirniyyat və un məmulatlarında yumurta, süd, qoz-fındıq, qlüten, soya kimi allergenlər ola bilər. Allergiyası olan uşaq üçün tərkibi bilinməyən pirojna bəzən sadəcə narahatlıq yox, ciddi reaksiya səbəbi ola bilər. Çox vaxt "bir şey olmaz" deyə düşünürük, amma allergiya məhz belə, bilmədən edilən seçimlərdə təhlükəli olur".

Digər risk yararlılıq müddəti və saxlanma şəraitidir. Kremli tortlar, qaymaqlı pirojnalar, kəsmikli məhsullar kimi tez xarab olan qidalar temperatur rejiminə həssasdır. Hazırlanma tarixi və son istifadə müddəti bilinməyəndə məhsulun soyuducuda nə qədər qaldığını və ya vitrində neçə saat saxlandığını anlamaq mümkün olmur. Bu isə mədə-bağırsaq narahatlıqları, bəzən də qida zəhərlənməsi riskini artırır. Dərhal zəhərlənməyə bilərik, amma riski də önləmək lazımdır.

Başqa bir məsələ izlənəbilənlikdir. Deyək ki, problem yarandı. Şikayət olanda, bu məhsul hansı partiyadır, kim hazırlayıb, hansı xammaldan istifadə olunub? suallarına cavab tapmaq çətinləşir. Etiketdə istehsalçı və ya hazırlayan obyekt barədə məlumatın olmaması həm araşdırmanı ləngidir, həm də məsuliyyətin kimdə olduğunu bilməyə imkan vermir. Qida təhlükəsizliyində bu hal zəif nöqtə sayılır. Problem olanda geri dönüb mənbəni tapmaq mümkün olmalıdır.

Başqa bir risk istehlakçının aldadılmasıdır. Tərkib göstərilməyəndə insan daha bahalı yağ gözləyir, amma daha ucuz yağ qarışıqları istifadə oluna bilər. Aromatizator, rəngləndirici, müxtəlif qarışıqlar barədə məlumat olmur. Məsələ təkcə zərərli maddə deyil; istehlakçının məlumatlı seçim haqqıdır. İnsan nə aldığını bilməlidir ki, ona uyğun qərar versin.

Belə hallarda istehlakçı üçün ən praktik yol sadə suallardır: Hazırlanma tarixi nə vaxtdır? Son istifadə müddəti nə vaxtdır? Tərkibində allergen varmı? Harada hazırlanıb? Bu suallara aydın cavab verilmirsə, xüsusilə kremli və tez xarab olan məhsullarda daha ehtiyatlı davranmaq məntiqlidir. Allergiyası olan uşaqlar və immuniteti zəif olanlar üçün etiketsiz və məlumatı bilinməyən məhsullar riskli seçimə çevrilir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 826   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəkidə faciəli şəkildə ölən Ucal öncəki gün evliliyinin birinci ildönümünü qeyd edibmiş

Ötən gün Şəkidə yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat yolunda trosun qırılması nəticəsində iki nəfər həyatını itirib. "Bakupost"a istinadla xəbər verir ki, ölən şəxslərdən biri - Ucal Asif oğlu Bayramov - faciədən cəmi bir gün əvvəl evliliyinin birinci ildönümünü qey

9 sentyabr
.

Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı

Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub. Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin il

9 sentyabr
.

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismind

9 sentyabr
.

Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey

10 sentyabr
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli

9 sentyabr
.

Məzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA

Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı

10 sentyabr
.

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Sabirabad rayonunun Narlıq kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalarla hadisənin kənd sakini H.Şükürov tərəfindən qəsdən həyata keçirildiyi məlum olub. Nəticədə 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb

9 sentyabr
.

"Xəbər ertəsi" 14 sentyabrdan yeni mövsümə qayıdır

"Xəbər ertəsi" verilişi yeni mövsümlə tamaşaçıların görüşünə gəlir. BİG.AZ xəbər verir ki, veriliş 14 sentyabr saat 07:00-da yenidən efirə çıxacaq. Yeni mövsümdə gündəmin əsas xəbərləri, aktual hadisələr və cəmiyyəti maraqlandıran mövzular müzakirə olunacaq. Veriliş hər səhər tamaşaçıları ölkəd

9 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr