"Öz dövlətinə qarşı erməni şovinistləri ilə çiyin-çiyinə dayananlar tarix qarşısında hər zaman xəyanətkar kimi xatırlanacaqlar" - AÇIQLAMA
"Vaşinqtonda dövlətimizə qarşı törədilən təxribat xarakterli hərəkətlərlə bağlı bildiririk ki, bu aksiyanı həyata keçirən şəxslər müstəqil iradəyə malik deyillər və xaricdə fəaliyyət göstərən erməni lobbi dairələrinin təsiri altında çıxış edirlər. Həmin şəxslərin fəaliyyəti Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olmaqla yanaşı, açıq şəkildə erməni revanşizminə xidmət edir".
Bu sözləri Sonxeber.az politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, qeyd olunan radikal qrupun keçirdiyi qeyri-etik aksiyaya ilk rəsmi dəstəyin erməni lobbi təşkilatı olan ANCA tərəfindən verilməsi təsadüfi deyil:
"Bu fakt, sözügedən şəxslərin erməni lobbi dairələri ilə koordinasiyalı şəkildə hərəkət etdiyini göstərir. Onların məqsədi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək və ölkəmiz əleyhinə mənfi rəy formalaşdırmaqdır.
Aksiyadan dərhal sonra ABŞ Konqresinin üzvü Frenk Pallonenin məsələ ilə bağlı mövqe bildirməsi diqqət çəkir. Pallonenin 907-ci düzəlişin müəlliflərindən biri olması, Xocalı soyqırımı ilə bağlı mövqeyi və Azərbaycana qarşı sərgilədiyi əvvəlki yanaşmalar onun prosesdə tərəfli mövqe tutduğunu göstərir. Bu kontekstdə onun çıxışı aksiyanın siyasi çalar daşıdığını deməyə əsas verir.
Mətbuatda Pallonenin senator Bob Menendez ilə əlaqələri və erməni lobbi dairələri ilə yaxın münasibətləri barədə müxtəlif iddialar yer alıb. Bu iddialar araşdırma mövzusu olmaqla yanaşı, ictimaiyyət arasında müzakirə predmetidir. Özünü "müxalif" kimi təqdim edən bəzi şəxslərin belə siyasi dairələrlə eyni platformada çıxış etməsi suallar doğurur.
Böyük beynəlxalq tədbir keçirilən gün Vaşinqtonda təhlükəsizlik qaydalarının pozulmasına cəhd göstərilməsi və qeyri-etik davranışların nümayiş etdirilməsi hüquqi məsuliyyət məsələsini gündəmə gətirir. Təhlükəsizlik perimetrinin yarılması cəhdinin qarşısının ABŞ-ın müvafiq təhlükəsizlik orqanları tərəfindən alınması faktı aksiyanın qanun çərçivəsindən kənar xarakter daşıdığını göstərir.
Öz dövlətinə qarşı erməni şovinistləri ilə çiyin-çiyinə dayananlar tarix qarşısında hər zaman xəyanətkar kimi xatırlanacaqlar. Azərbaycan öz milli birliyi ilə bu nökər təfəkkürlü ünsürlərin bütün planlarını boşa çıxarmağa qadirdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!