Hadisenin Ramazan videosu müzakirə yaratdı: Tənqidlərə cavab gəldi - VİDEO
Türkiyəli məşhur müğənni Hadisenin Ramazan ayı ilə bağlı paylaşımı ictimaiyyətdə müzakirələrə səbəb olub. Məşhur müğənni və UNICEF Uşaq Hüquqları Müdafiəçisi olan sənətçi yayımladığı yardım çağırışı videosunda Türkiyəni Qəzza və Sudanla eyni kontekstdə qeyd etdiyi üçün bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, tənqidlərin artmasından sonra açıqlama verən Hadise Ramazan ayının mənəvi dəyərlərinə diqqət çəkərək cəmiyyəti daha sakit və anlayışlı olmağa çağırıb. O bildirib:
"Ramazan ayında hamımızın qəzəb dolu cümlələrdən və düşmənçilik yaradan duyğulardan uzaq durmasını arzulayıram. Dualarım daha ədalətli bir dünyada, bütün uşaqların bərabər şərtlərdə, təhlükəsizlik və sevgi içində yaşaya bildiyi bir gələcək üçündür".
Qeyd edək ki, sənətçi uzun illərdir beynəlxalq humanitar layihələrdə iştirak edir və xüsusilə uşaqların hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Hadisənin paylaşımı sosial mediada həm dəstək, həm də tənqidi rəylərlə qarşılanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrBunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabr