"Xocalı faciəsi qəddarlıq miqyasına görə tarixdəki ən ağır soyqırımlarla müqayisə olunur" - DEPUTAT
"26 Fevral - Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı yaddaşıdır. Xocalı Azərbaycan xalqına vurulan sağalmaz yaradır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə insanlığa qarşı ağır cinayət törədildi. Dinc əhali, qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Xocalı faciəsi məqsədli şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin qanlı təzahürü idi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Xocalı faciəsi insanlığa qarşı ümumbəşəri cinayətdir və onu törədənlər tarix və ədalət qarşısında heç vaxt bəraət qazana bilməyəcəklər:
"613 nəfərin qətli, 63 uşağın, 106 qadının, 70 ahılın öldürülməsi, 8 ailənin tamamilə məhv edilməsi, yarımçıq qalan talelər, ata həsrəti ilə böyüyən uşaqlar, ömürlük iztirab yaşayan analardır.
Xocalı faciəsi qəddarlıq miqyasına görə tarixdəki ən ağır soyqırımlarla müqayisə olunur. Beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu. Mülki əhali xüsusi amansızlıqla hədəf seçildi.
1994-cü ildə Milli Məclisin "Xocalı soyqırımı günü haqqında" qərarı ilə bu faciəyə rəsmi hüquqi qiymət verildi. Hər il 26 fevral saat 17:00-da elan edilən sükut dəqiqəsi qan yaddaşımızın anılmasıdır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin sözləri ilə desək:
"Biz Xocalısız ərazi bütövlüyümüzün tam bərpa olunduğunu hesab edə bilməzdik".
2023-cü ilin antiterror əməliyyatları ilə Xocalı azad olundu. Dövlət Bayrağımız Xocalıda ucaldıldı. Bu Zəfər olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin ruhunun şad olduğu məqam idi.
Azərbaycan xalqı Xocalı soyqırımının qisasını döyüş meydanında aldı. Düşmənə sarsıdıcı zərbələr vuruldu. Otuz illik işğala son qoyuldu. "Dəmir yumruq" milli iradənin və ədalətin təntənəsinə çevrildi. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmadı və heç vaxt bağışlamadı.
Tarixi ədalət bərpa olundu, Azərbaycanın suverenliyi tam təmin edildi. Bu gün Xocalıda dalğalanan üçrəngli bayrağımız həm qələbənin, həm də haqqın rəmzidir.
Bu gün Xocalı yenidən qurulur. Ailələr doğma torpaqlarına qayıdır. Uşaq səsləri yenidən o torpaqlarda eşidilir. Memorial Kompleksin yaradılması faciənin unudulmaması, gələcək nəsillərin həqiqətləri bilməsi üçün mühüm addımdır.
"Xocalıya ədalət" çağırışı illərlə səsləndi. Bu gün biz həm ədaləti təmin etmiş xalqıq, həm də həqiqəti dünyaya çatdırmaqda qətiyyətliyik.
Xocalı şəhidlərinin xatirəsi qarşısında baş əyir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!