"Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək dəhşətli hadisədir" - DEPUTAT

"Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək dəhşətli hadisədir" - DEPUTAT"Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək dəhşətli hadisədir. 1992-ci il fevralın 26-da Ermənistanın təcavüzkar qüvvələri Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixinin ən qanlı faciələrindən biri olan soyqırımını törətdilər. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv edilməsini reallaşdırdıqlarını düşünürdülər. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz bir yara olsa da, bu torpaqların azad edilməsi və bərpası xalqımızın qürur və qətiyyət simvoludur. Müzəffər Azərbaycan Ordusu Xocalı şəhidlərinin qisasını aldı, onların qanı yerdə qalmadı. Bu gün Xocalı artıq qara xatirələr şəhəri deyil, Azərbaycanın əzəmətinin və yenilməzliyinin rəmzi kimi yenidən qurulur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.

O, açıqlamasında qeyd edib ki, Xocalı soyqırımının iştirakçıları olan Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri barəsində açıq məhkəmə iclaslarında baxılan cinayət işləri üzrə yekun qərar qəbul edilmiş və həmin şəxslər törətdikləri əməllərə görə müvafiq qaydada cəzalandırılmışlar:

"Azərbaycan dövlətinin məqsədyönlü siyasəti və beynəlxalq miqyasda həyata keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə təqdim olunur. Artıq bir sıra ölkələr tərəfindən bu faciə Ermənistanın törətdiyi soyqırımı kimi qəbul olunub.

Prezident İlham Əliyevin Xocalıya mütəmadi səfərləri regionda aparılan bərpa-quruculuq işlərinə birbaşa nəzarətin həyata keçirildiyini, dövlət suverenliyinin möhkəmləndirilməsini və sosial-iqtisadi inkişafın sürətləndirilməsini əks etdirir. Bu səfərlər çərçivəsində infrastruktur layihələrinin icrası, iqtisadi fəaliyyətin genişləndirilməsi, əhalinin məskunlaşdırılması və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər dövlət siyasətinin prioritetlərini nümayiş etdirir. Eyni zamanda, bu fəaliyyətlər Xocalının yenidən dirçəldilməsi və regionun uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi baxımından mühüm siyasi və praktiki əhəmiyyət kəsb edir. Xocalı şəhərinə və rayonun kəndlərinə əhalinin mərhələli şəkildə köçürülməsi işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, sosial-iqtisadi inkişafın təmin olunması və regionda dayanıqlı məskunlaşmanın formalaşdırılması siyasətinin tərkib hissəsidir. Bu proses dövlətin postmünaqişə dövründə ərazilərin yenidən qurulması, infrastrukturun bərpası və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirdiyi strateji tədbirlərin davamlı xarakter daşıdığını göstərir.

Eyni zamanda, görülən uğurlu işlərin nəticəsidir ki, milli faciəmiz xalqımızın yaddaşında yaşadılır, böyüməkdə olan nəslə aşılanır. Bu həm də ona görə vacibdir ki, gələcəyimiz olan yeni nəsil tarixi həqiqətləri daha yaxşı qavramaqla ümumxalq işinə öz töhfəsini versin, düşmənini dostundan seçə bilsin. Əlbəttə, milli faciələrimiz haqqında həqiqətlərin təbliğ olunması və yaddaşlarda yaşadılması üçün dövlətin gördüyü tədbirlərlə yanaşı, hər bir fərdin də üzərinə böyük məsuliyyət düşür. Hər birimiz öz ailəmizdə övladlarımızı düzgün tərbiyə etməli, tariximizi onlara düzgün şəkildə çatdırmalıyıq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 596   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prosesdə əsas yük Ermənistanın üzərinə düşür - POLİTOLOQ

Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin üçtərəfli görüşünün Vaşinqton Sammitinin birinci ildönümündə keçirilməsi regionda formalaşan yeni siyasi reallıqlar fonunda diqqət çəkir. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakir

12 avqust
.

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəs

7 avqust
.

Prezident Tacikistanla imzalanmış sazişi TƏSDİQLƏDİ

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki

7 avqust
.

Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədo

11 avqust
.

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər - Fotolar

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndəri

11 avqust
.

Bakıda "SSRİ təbliğatı"nın arxasında kimlər dayanır? - DETALLAR

Zaman-zaman SSRİ bayrağı ilə yürüş edən, tədbilərdə bu bayrağı dalğalandıran insanların cəzalandırıldığının şahidi oluruq. Sonuncu belə hadisədə biri tanınmış jurnalist olmaqla 4 nəfər həbs edildi. Bəs bu cür addımların, təbliğatın arxasında nə dayanır?. Mövzu ilə bağlı -a danışan politoloq, siyasi elmlə

4 avqust
.

İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib. AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizi

9 avqust
.

ABŞ-İran danışıqları niyə nəticəsiz qaldı? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında diplomatik təmasların bərpası istiqamətində səylər hələlik nəticə verməyib. Reuters-in 12 avqust tarixli məlumatına görə, tərəflər iyunda əldə edilmiş müvəqqəti razılaşmanı yenidən işə salmaq məsələsində ortaq mövqeyə gələ bilməyiblər. Tehran Vaşinqtonun əvvəlki razılaşma üzrə öhdəliklərin

12 avqust
.

Payızda bu ölkə Bakıda səfirlik açacaq

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır"

4 avqust