Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır

Xocalı Soyqırımı Memorialı faciə həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır26 Fevral - Xocalı soyqırımı yalnız Azərbaycan tarixinin qanlı səhifəsi deyil, bütöv bəşəriyyətin faciəsidir. Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasının nümunəsidir. Mülki əhaliyə qarşı zorakılıq, qadın və uşaqların qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir və bu cür cinayətlərə obyektiv hüquqi-siyasi qiymət verilməsi ədalətin bərpası baxımından vacibdir.
Fevralın 26-da Xocalı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Xocalı Soyqırımı Memorialı Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması üçün xüsusi əhəmiyyət daşıyır. Bu Memorial təkcə 1992-ci ildə baş vermiş faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi deyil, eyni zamanda ədalətin, həqiqətin və tarixi yaddaşın qorunmasına xidmət edən mənəvi bir abidədir.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin düz iki il əvvəl imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Açılış mərasimində iştirak edən ölkə başçısı xocalılarla görüşərək mərasimdə geniş çixış edib. O, ilk növbədə bildirib ki, bu Memorial silinməz yaddaşımızın təcəssümü olacaq. "Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev həmçinin bildirib ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Dövlətimizin başçısı qeyd edib: "Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir".
Prezident çıxışında Xocalının yenidən qurulması prosesinə də xüsusi diqqət ayırdı. Bu, sadəcə infrastruktur layihəsi kimi deyil, tarixi ədalətin bərpasının davamı kimi təqdim olundu. Burada əsas siyasi mesaj ondan ibarətdir ki, Azərbaycan yalnız ərazilərini azad etməklə kifayətlənmir, eyni zamanda həmin ərazilərə həyat qaytarır. Bu, dövlətin uzunmüddətli strateji planlarının və regionda dayanıqlı mövcudluğunun göstəricisidir.
Xocalıda həyatın bərpası, memorial kompleksin yaradılması və keçmiş məcburi köçkünlərin geri qayıdışı Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi kompleks dövlət siyasətinin əsas komponentləridir.
Prezident İlham Əliyevin çıxışı beynəlxalq auditoriya üçün də mühüm mesajlar ehtiva edirdi. Bu çıxış vasitəsilə Azərbaycan bir daha Xocalı faciəsinin unudulmadığını və bu hadisənin tarixi-siyasi qiymətinin dəyişməz qaldığını nümayiş etdirdi.
Eyni zamanda, memorial kompleksin açılışı Azərbaycanın regionda yeni reallıqlar yaratdığını və artıq bu reallıqların geri dönməz xarakter daşıdığını göstərən siyasi akt kimi dəyər qazanır.
Bu abidə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: regionda davamlı sülh yalnız həqiqətlərin qəbul edilməsi və ədalətin təmin olunması ilə mümkündür.
Qarşımızda duran əsas vəzifə də tarixi faktların təhrif olunmasının qarşısını almaq, gənc nəsildə düzgün tarixi yaddaşı formalaşdırmaq, beynəlxalq platformalarda obyektiv məlumatlandırma aparmaqla insan hüquqları və humanitar hüququn aliliyini müdafiə etməkdir.
Xocalı qurbanlarının xatirəsi qarşısında borcumuz beynəlxalq hüquqi mexanizmlərin işə salınması və belə faciələrin təkrarlanmaması üçün qlobal həmrəyliyin gücləndirilməsinə çalışmaqdır.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 538   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr