"Yeni nəşr" əvəzinə "Yenilənmə vərəqləri": Valideynlərin yükünü azaldacaq təklif - AÇIQLAMA
Son illər test topluları və bəzi dərs vəsaitləri demək olar ki, hər il yenilənir. Nəşriyyatlar bunu proqram dəyişiklikləri və məzmunun təkmilləşdirilməsi ilə əsaslandırsa da, valideynlər üçün bu vəziyyət əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir övladı üçün alınan kitabdan növbəti il digər övladın da istifadə etməsini planlaşdırır, lakin yeni nəşr və dəyişdirilmiş versiya səbəbindən yenidən vəsait xərcləməli olurlar. Bu isə xüsusilə çoxuşaqlı ailələr üçün ciddi problemə çevrilir. Bəs, test topluları və dərs vəsaitlərinin hər il yenilənməsi nə dərəcədə zəruridir və bu prosesdə valideynlərin maddi yükünü azaltmaq üçün hansı alternativ mexanizmlər tətbiq oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a təhsil eksperti Şəmsi Qoca danışıb.
O, açıqlamasında qeyd edib ki, nəşriyyatların hər il bütün kitabı yenidən çap etməsi həm kağız israfı, həm də maliyyə yüküdür:
"Ən səmərəli həll yolu "Yenilənmə vərəqləri" sistemidir. Əgər proqramda və ya testlərdə 5-10%-lik bir dəyişiklik varsa, nəşriyyat sadəcə həmin dəyişiklikləri əks etdirən kiçik bir broşür çıxarmalıdır. Beləliklə, valideyn 20-30 manat verib yeni kitab almaq əvəzinə, 1-2 manata həmin əlavəni alıb köhnə vəsaitlə istifadə edə bilər.
Müasir texnologiyalar buna imkan verir. Kitabın üzərinə vurulan vahid bir QR kod vasitəsilə şagirdlər hər il əlavə olunan yeni testləri rəqəmsal formatda əldə edə bilərlər. Bu, kitabın "fiziki ömrünü" uzadır və bir vəsaitin ailədə bir neçə övlad tərəfindən ardıcıl istifadəsinə şərait yaradır.
Dövlət İmtahan Mərkəzi (DİM) və ya müvafiq qurumlar tərəfindən vahid rəqəmsal test bankı yaradılmalıdır. Abunəlik sistemi ilə işləyən bu platforma hər il avtomatik yenilənə bilər. Bu, fiziki toplulara olan ehtiyacı və nəşriyyatların hər il "yeni nəşr" adı ilə apardığı kommersiya siyasətini minimuma endirərdi.
Nəşriyyatlara qarşı müəyyən bir ictimai və rəsmi nəzarət mexanizmi qurulmalıdır. Əgər vəsaitin məzmununda 20-30%-dən az dəyişiklik varsa, onun "yeni nəşr" kimi təqdim edilməsinə məhdudiyyət qoyulmalıdır. Eyni zamanda, məktəb daxilində "vəsait mübadiləsi" günlərinin təşkili çoxuşaqlı ailələrin yükünü yüngülləşdirən mənəvi və sosial bir addım olar. Bir pedaqoq olaraq hesab edirəm ki, təhsil biznesə yox, xidmətə söykənməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 893 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr