Hoteldəki faciəyə görə ayrıca cinayət işi ayrılıb - Mehdiyevlər dindirilib
Məlumat verdiyimiz kimi, Binəqədi rayonunda 4 gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı "Lake Hotel"in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı başqa cinayət işi də ayrılıb.
Yeni açılmış cinayət işi gənclərin ölümünə səbəb olan elektrik xəttinin Novxanı qəsəbəsində yerləşən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün çəkilməsi ilə bağlıdır.
Qalina Mehdiyevaya məxsus 102 hektarlıq ərazidə müxtəlif istehsal və emal müəssisələri fəaliyyət göstərib.
Hazırda faktla bağlı prokurorluqda hərtərəfli istintaq hərəkətləri aparılır. Araşdırmaya "AzərEnerji" ASC də cəlb olunub.
Cinayət işi çərçivəsində Mehdiyevlərin də ifadə verdiyi bildirilir.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində "Lake Hotel"də işləyən 4 ofisiant həyatını itirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 658 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Deputat aqrar sığortaya əlavə vəsaitlərin ayrılmasını təklif edib
Azərbaycanda fermerlərə dəymiş ziyanın ödənilməsi üçün aqrar sığortaya əlavə vəsaitlərin ayrılması vacibdir. xəbər verir ki, bunu deputat Əli Məsimli bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib. Onun sözlərinə görə, intensiv yağışlar həm Bakıda, həm də regionlard
5 iyunŞAD XƏBƏR: On minlərlə ailəyə birdəfəlik müavinət verilib
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənişi edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, müavinət ödənişləri 16 044 nəfər qız, 18 42
6 iyunBu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılmas
6 iyunBu yaşdan sonra sürücülük vəsiqəsi VERİLMƏYƏCƏK
Nəqliyyat vasitələrinin idarə edilməsi və sürücülük hüququnun rəsmiləşdirilməsi məsələləri Azərbaycan qanunvericiliyində konkret normativ aktlarla tənzimlənir. Müəyyən bir yaş həddinə çatmış, xüsusilə ahıl və yaşlı kateqoriyadan olan sürücülərin vəsiqə müddəti bitdikdə, onların bu sənədi yenidən əld
6 iyunRendi Koul: ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir
Son 5 ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında hər il təxminən 20 % artım müşahidə olunur. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Rendi Koul "ABŞ-də təhsil" sərgisi çərçivəsində jurnalistlər
6 iyun