"L.A Dent" klinikasında diplomsuz həkimlər ifşa olunub-Video
Baku TV-nin daxil olan şikayətdə vətəndaş iddia edir ki, "L.A Dent" klinikasında Turab Məmmədli adlı diş həkimi çalışır. Lakin onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.
"L.A. Dent" klinikasında həkim olmayanlar necə stomatoloq kimi çalışır ? Kanalın əməkdaşları adıçəkilən şəxsin qəbuluna yazılaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, o, fəaliyyətini açıq şəkildə icra edir.
Daha sonra klinikanın Baş həkimi Kəmalə Əsgərova məsələ ilə bağlı açılama verib.
"Turab Məmmədli klinikada təcrübəçi kimi fəaliyyət göstərir. Onun otaqda pasiyent qəbul etməsi haqqında məlumatımız yox idi. Bu barədə müvafiq tədbir görüləcək", - deyə o bildirib.
Daha bir şikayətdə isə bildirilir ki, Qaragözova Tibb Mərkəzində Hafiz İsazadə adlı həkim çalışır. İddiaya görə, həmin həkimin də tibb təhsili yoxdur.
H.İsazadə açıqlamasında iddiaları təkzib edərək diplomunun olduğunu qeyd edib. Klinikanın rəhbərliyindən stomatoloqun diplomu tələb olunduqda isə o ancaq sorğu göndərildiyi təqdirdə diplomu təqdim edəcəyini bildirib.(Baku TV)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 643 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrHövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama
"Yeni dəmiryol xətləri arasında ilk növbədə Yeni Suraxanı-Hövsan marşrutunun istifadəyə verilməsi nəzərdə tutulur". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib. Onun sözlərin
1 noyabrMəhkumlar nə vaxt həbsdən azad edilə bilər?
Azərbaycanda məhkumlar törətdikləri cinayətin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilə bilərlər. Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirili
1 noyabrAzərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
1 noyabrBayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı
Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini
1 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr