"Adda Dental" klinikasından şikayət: Həkim səhlənkarlığı baş verib?
Müalicə üçün həkimə aparıldı, ağzını bağlaya bilmir .
Gülnar Abdullayeva bildirir ki, 12 iyul 2025-ci il tarixində "Adda Dental" klinikasında övladına üst çənə darlığı diaqnozu ilə ortodontik plastinka yerləşdirilib. Lakin bir müddət sonra uşağın sağlamlığında ciddi problemlər yaranıb. Valideyn bildirib ki, qızının dörd il ərzində müalicəsini aparan həkim Nərmin Süleymanovanın təyinatı əsasında plastinkanın qoyulması üçün sözügedən klinikaya müraciət ediblər və prosedur həyata keçirilib. Təxminən iki həftə sonra plastinkada sementin qopması ilə bağlı yenidən həkimə müraciət olunub: "Nərmin xanım ölkə xaricində olduğunu deyərək klinikaya yaxınlaşmağımızı və orada bizi başqa bir həkimin qəbul edəcəyini dedi. Orada bizi Səadət Əliyeva adlı həkim qarşıladı. Sonradan onun ortodont olmadığını öyrəndik. Qızımın dişində problem yarandı. Rəydə qeyd olunub ki, problem pasiyentin ehtiyatsızlığı səbəbindən qidalanma zamanı baş verib. Bu dişlər hansı qida vasitəsilə yuxarı qalxa bilər?!". Şikayətçinin sözlərinə görə, 18 fevral 2026-cı il tarixində Binəqədi Rayon Məhkəməsi ilkin tibbi ekspertiza rəyini və Prokurorluğun qərarını ləğv edib, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edib. Valideyn bildirib ki, əsas istəkləri növbəti rəyin ədalətli və qərəzsiz şəkildə verilməsi, həkimin mümkün səhlənkarlığının ört-basdır edilməməsidir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunub ki, səlahiyyətləri çərçivəsində klinikanın lisenziyası, həkimin sertifikatı və tibbi fəaliyyət üçün zəruri digər sənədlərin mövcudluğu araşdırılacaq və nəticə barədə şikayətçiyə məlumat veriləcək. Əlavə olunub ki, vətəndaşın rəsmi müraciəti 25 fevral tarixində Analitik Ekspertiza Mərkəzinə daxil olub və hazırda icradadır. Hazırda iş üzrə məhkəmə araşdırması aparıldığı və məhkəmə qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edildiyi nəzərə alınaraq tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi, ekspertiza rəyinin əsaslılığı və konkret tibb işçilərinin peşə fəaliyyətinə hüquqi qiymətin verilməsi ilə bağlı əlavə şərh verilməsi məqsədəuyğun hesab edilmir. Baku TV
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!