Trampın qızından atasına çağırış var!
ABŞ Prezidenti Donald Trumpın qızı olduğunu iddia edən Necla Özmen, atasının İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bildirərək müharibənin dayandırılmasına çağırış edib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Özmen açıqlamasında başqa ölkələrin daxili işlərinə müdaxiləni doğru hesab etmədiyini vurğulayıb. O bildirib ki, əgər Tramp ABŞ-ni gücləndirmək və inkişaf etdirmək istəyirsə, bunu digər ölkələrin daxili işlərinə qarışmadan etməlidir. "Müharibənin bitməsini istəyirəm, çünki bu, bir çox ölkəyə zərər verir. Heç kim başqa bir ölkənin daxili işlərinə qarışmamalıdır", - deyə o qeyd edib.
Necla Özmen daha əvvəl Türkiyədə atalıq iddiası ilə məhkəməyə müraciət etdiyini, lakin nəticənin mənfi olacağını düşündüyü üçün sənədləri ABŞ səfirliyi vasitəsilə Amerikanın Ailə Məhkəməsinə göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ-də fəaliyyət göstərən türk vəkillərlə də əlaqə saxlanılıb və proses hazırda izlənilir. Hələlik rəsmi cavab almadığını, lakin ABŞ-də iddia qaldırıldığını bildiyini deyib.
Özmen süni intellekt vasitəsilə hazırlandığını düşündüyü və Tramp ilə yanaşı göründüyü fotoşəkildən də danışıb. O, görüntünün ona emosional təsir etdiyini və ata-qız münasibətini xatırlatdığını söyləyib. "Ümid edirəm ki, bir gün onunla real həyatda görüşə və yaşadıqlarımı deyə bilərəm", - deyə əlavə edib.
Qeyd edək ki, Necla Özmen Türkiyədə də məhkəməyə müraciət edərək atalıq iddiası qaldırmışdı. Lakin iddiaların konkret sübutlarla təsdiqlənmədiyi əsas gətirilərək iş rədd edilib və qərardan apellyasiya şikayəti verilib. ABŞ-də isə vəkillər vasitəsilə səlahiyyətli məhkəməyə müraciət olunduğu və müraciətin qəbul ediləcəyi təqdirdə prosesin başlanacağı bildirilib. İddialarla bağlı rəsmi təsdiq mövcud deyil.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!