İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - FotoOktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

"Bir daha xoş gəlmisiniz, cənab Prezident. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycanı ziyarət edirsiniz. Əminəm ki, səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Bizim elə indicə təkbətək görüşümüz oldu. Bu görüşdə biz ikitərəfli gündəliyimizi, o cümlədən siyasi və iqtisadi sahələri, qarşılıqlı maraq doğuran digər sahələri geniş müzakirə etdik. İndi isə müzakirələrimizi nümayəndə heyətlərinin iştirakı ilə davam etdirəcəyik.

Hesab edirəm ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə ki, biz iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik. Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Hesab edirəm ki, hər iki tərəfin biznes dairələri bu imkanı araşdıracaq. Eyni zamanda, müzakirə etdiyimiz kimi, Sizin Milli Məclisin sədri və Baş nazir ilə görüşləriniz olacaq, müzakirələr davam edəcək.

Ümumiyyətlə, siyasi əlaqələrin səviyyəsi bizi çox qane edir. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüşük. Lakin bu, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin xüsusi statusu var. Həmçinin AQEM Zirvə görüşündə iştirak edəcəyiniz üçün təşəkkür edirəm. Bütün ölkələrin dəstəyi ilə Azərbaycan yekdilliklə AQEM-in sədri seçilmişdir. Son iki ildə Azərbaycan bu təsisatın inkişafına töhfə verməyə çalışmışdır. Sözsüz ki, dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha Azərbaycana xoş gəlmisiniz".

Sonra çıxış edən Prezident Thonqlun Sisulit deyib:

"Azərbaycan Respublikasına rəsmi səfər üçün Laosdan olan yüksəksəviyyəli nümayəndə heyətinə rəhbərlik etmək imkanını əldə etdiyimə görə qurur və şərəf hissi duyuram. Bu səfər Zati-aliləri Prezident İlham Əliyevin səmimi dəvəti əsasında baş tutur. Mənim 2024-cü ilin oktyabrında Kazanda keçirilmiş BRICS+ Sammitində Zati-alinizlə keçirdiyim görüş, habelə müxtəlif beynəlxalq forumlar çərçivəsində apardığımız səmimi söhbətlərimizlə bağlı hələ də xoş xatirələrim var. Mən dost Azərbaycan xalqına və Zati-alinizə gözəl Bakı şəhərinə gəldiyimiz andan etibarən göstərdiyiniz liderliyə, məni və nümayəndə heyətimi səmimi qəbul etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bakıda və Azərbaycanda 1982-ci ildə, qırx ildən də çox müddət əvvəl olduğumu nəzərə alaraq və davamlı olaraq ölkənizin inkişaf xəttini müşahidə edən bir şəxs kimi onun sürətli inkişafını və transformasiyasını indi öz gözlərimlə görmək mənə çox böyük təsir bağışlayır. Bu mənim Laosun Prezidenti kimi Azərbaycana ilk rəsmi səfərimdir. İki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri bu, dövlət başçısı səviyyəsində baş tutan ilk səfərdir və tarixi bir mərhələdir. Bu mərhələ bizim dostluq və əməkdaşlıqdan ibarət ənənəvi əlaqələrimizin daha sıx və səmərəli tərəfdaşlıq dövrünə qədəm qoyması ilə müşayiət olunaraq onları daha da gücləndirir, genişləndirir və yüksəldir".

11:27

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 205   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün

13 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib

2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti il

12 oktyabr
.

Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"

"Biz Cənub Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbayca

12 oktyabr
.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

İlham Əliyevin Laos prezidenti ilə təkbətək görüşü olub - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitlə təkbətək görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verib

13 oktyabr
.

İlham Əliyev: "Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək"

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı, həmçini

13 oktyabr
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

12 oktyabr