"Gənclər yalnız faktları əzbərləməməli, dövlətçilik fəlsəfəsini dərk etməlidirlər" - AÇIQLAMA

"Gənclər yalnız faktları əzbərləməməli, dövlətçilik fəlsəfəsini dərk etməlidirlər" - AÇIQLAMA"Düşünürəm ki, gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi bu gün hər bir dövlət üçün strateji məsələdir. Xüsusilə mürəkkəb geosiyasi şəraitdə milli kimlik məsələsi artıq sadəcə ideoloji mövzu deyil, milli təhlükəsizlik faktorudur. Azərbaycan nümunəsində bu prosesin təməlində dövlətçilik ənənələrinin düzgün təbliği dayanmalıdır. Gənclər bilməlidirlər ki, bu dövlət asanlıqla qurulmayıb. Heydər Əliyev tərəfindən əsası qoyulan müasir dövlətçilik strategiyası və bu kursun İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda söz sahibinə çevrilib. Bu faktlar emosional şüar kimi deyil, real siyasi və tarixi fakt kimi gənclərə çatdırılmalıdır".

Bu fikirləri Sonxeber.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev danışıb.

Ekspert bildirib ki, ilk növbədə məktəblərdə və ali təhsil müəssisələrində tarix, ədəbiyyat və vətəndaşlıq dərsləri formal deyil, müasir metodlarla, interaktiv formatda tədris olunmalıdır:

"Gənclər yalnız faktları əzbərləməməli, dövlətçilik fəlsəfəsini dərk etməlidirlər. Qarabağ Zəfəri, şəhidlərin qəhrəmanlığı və müasir ordunun rolu sistemli şəkildə izah edilməlidir.
Ən mühüm istiqamətlərdən biri informasiya təhlükəsizliyidir. Bu gün gənclər əsasən sosial şəbəkələr vasitəsilə informasiya alırlar. Xarici ideoloji təsirlər, manipulyativ kontent və milli dəyərləri aşındıran tendensiyalar real təhlükədir. Dövlət və vətəndaş cəmiyyəti institutları milli məzmunlu keyfiyyətli media layihələri, sənədli filmlər, podkastlar və rəqəmsal platformalar yaratmalıdır. Vətənpərvərlik qeydiyyat xarakterli şüar kimi yalnız rəsmi tədbirlərlə deyil, müasir kommunikasiya dili ilə də təqdim olunmalıdır.

Hesab edirəm ki, ən vacib məqam gənclərin dövlət quruculuğunda, ictimai layihələrdə, könüllü fəaliyyətlərdə iştirak etməsidir. Çünki bu addımlar həm milli məsuliyyət hissini gücləndirir, həm də dövlətə xidməti aşılayır. Eyni zamanda, hərbi-vətənpərvərlik düşərgələri, sərhəd bölgələrinə maarifləndirici səfərlər, şəhid ailələri ilə görüşlər formal tədbir deyil, şüurun formalaşması vasitəsi olmalıdır.

Qeyd etməliyəm ki, milli mənlik şüuru yalnız keçmişlə bağlı deyil. Gənc bilməlidir ki, o, müasir, güclü və iddialı Azərbaycanın vətəndaşıdır. Enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri, diplomatik uğurlar - bütün bunlar gənclərdə qürur hissi yaratmalıdır. Dövlətə bağlılıq yalnız emosional yox, rasional əsaslara söykənməlidir.

Beləliklə, belə demək daha dəqiq olardı ki, milli mənlik şüurunun inkişafı kompleks yanaşma tələb edir. Yəni, güclü təhsil, sağlam informasiya mühiti, real ictimai iştirak və dövlətçilik ideologiyasının sistemli təbliği. Əgər biz gənclərə yalnız keçmişi deyil, gələcəyi də göstərə bilsək, vətənpərvərlik şüar deyil, həyat tərzinə çevriləcək," - deyə baş redaktor əlavə edib.

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusuna uyğun olaraq dərc edilir.
"Gənclər yalnız faktları əzbərləməməli, dövlətçilik fəlsəfəsini dərk etməlidirlər" - AÇIQLAMA


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1165   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini

14 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

Məktəbli formasını dünyəvi dövlətin dəyişməz prinsiplərindən biri kimi qəbul etmək lazımdır

"Məsələni mürəkkəbləşdirən amillərdən biri Azərbaycanda vahid məktəbli forması ilə bağlı müzakirələrin xaricdəki müəyyən qüvvələr tərəfindən dəstəklənməsidir. Şübhə yoxdur ki, bu hadisələri kənardan qızışdıran qüvvələr var. Bunlar müəyyən dövlətlər, dövlət strukturları, eləcə də ayrı-ayrı ölkələrdək

14 oktyabr
.

İlham Əliyevin adından Laos prezidentinin şərəfinə rəsmi nahar verilib - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin şərəfinə rəsmi nahar verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Azərbaycanın və Laosun dövlət başçıları, həmçinin Laosun Baş nazirinin müavin

13 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr