"İranın Naxçıvanı dron atəşinə tutması molla rejiminin riyakarlıq və nankorluq göstəricisidir" - DEPUTAT
"İranın Naxçıvanı dron atəşinə tutması molla rejiminin riyakarlıq və nankorluq göstəricisidir. Azərbaycan İranla qonşuluq münasibətlərinə yüksək hörmətlə yanaşaraq baş vermiş hadisələrə görə başsağlığı verib və səfirliyin qarşısında gül çələngi qoyub. Eyni zamanda, ölkəmiz Livandakı iranlıların təxliyəsini təşkil edir və humanitar yardımların göndərilməsini planlaşdırır. Amma İran namərdcəsinə mülki obyektlərimizi atəşə tutur. Azərbaycanı belə təxribatlarla qorxutmaq mümkün deyil. Ölkəmizin öz ərazisini müdafiə etmək üçün kifayət qədər gücü var".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Azər Badamov danışıb.
O, açıqlamasında qeyd edib ki, İran isə ölkəmizə qarşı keçirdiyi təxribatlarla əsl niyyətlərini nümayiş etdirir:
" Azərbaycan baş vermiş təxribata görə İrandan izahat, üzr istənilməsini və təxribatda əli olanların cəzalandırılmasını tələb edir. Tehranda səfirliyimizə qarşı təşkil olunmuş təxribat da Azərbaycanı qorxutmaq məqsədi daşıyırdı. Lakin ölkəmizin prinsipial mövqeyi İranı müvafiq addımları atmağa məcbur etdi. İndi də Azərbaycan dövləti İrandan müvafiq addımların atılmasını tələb edir.
Azərbaycan İranda gedən müharibənin tərəfi deyil. Biz hətta ərazimizi başqa dövlətlərə İranda gedən müharibəyə dəstək üçün meydan olmasına imkan verməmişik. Amma İranın hərəkətləri qəbuledilməzdir, beynəlxalq normalara ziddir və bütün məsuliyyət onların üzərindədir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video