13 yaşlı uşaq evdəki hadisəni görüb, atasını bu hala gətirdi
ABŞ-da 13 yaşlı uşaq anasını boğmağa çalışan atasına müdaxilə edərək onu döyüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə ABŞ-ın Alabama ştatının Foley şəhərində baş verib. Polis və yerli medianın yaydığı məlumata görə, Daniel Hernandez-Lopez adlı şəxs evdə yaranan mübahisə zamanı həyat yoldaşını boğmağa cəhd edib.
Baş verənləri görən 13 yaşlı oğlan anasını qorumaq üçün dərhal müdaxilə edib. Polis bildirib ki, mübahisə zamanı evdən çölə çıxan uşağa ata velosipedlə hücum etməyə çalışıb.
Bundan sonra yeniyetmə atasına bir neçə dəfə yumruq zərbəsi endirib. Polis əməkdaşlarının sözlərinə görə, hadisə zamanı sərxoş olduğu bildirilən Hernandez-Lopezin hər iki gözü göyərib, dodağı isə ciddi şəkildə şişib. Həmçinin onun qısa müddətə huşunu itirmiş ola biləcəyi qeyd olunub.
Polis həmçinin şübhəlinin hadisə zamanı narkotik maddələrin təsiri altında ola biləcəyini də istisna etməyib.
Daniel Hernandez-Lopez ailədaxili zorakılıq ittihamı ilə saxlanılaraq Baldwin County həbsxanasına göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 784 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadının maraqlı eksperimenti gözlənilməz sonluqla bitdi -VİDEO
Həyat yoldaşının polis kimi peşəkar bacarıqlarını sınamaq istəyən qadının maraqlı addımı gözlənilməz hadisə ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki. hadisə zamanı qadın, sahədə xidmət aparan polis əməkdaşı olan həyat yoldaşının onu yaxalaya bilib-bilməyəcəyini yoxlamaq məqsədilə qaçmağ
12 iyunQaydaları pozan şirniyyat mağazası möhürləndi - VİDEO
Türkiyənin İstanbul şəhərinin Bahçelievler rayonunda keçirilən nəzarət tədbirləri zamanı gigiyena qaydalarına əməl etmədiyi və lisenziyasız fəaliyyət göstərdiyi müəyyən edilən şirniyyat mağazası möhürlənib. türk mediasına istinadən xəbər verir ki, yoxlamalarda iştirak edən Bahçelievler bələdiyyəsini
10 iyunBayrağa hörmət nümunəsi: Vətəndaşlardan təqdirəlayiq addım - VİDEO
Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda güclü küləyin təsiri ilə bayraq dirəyində dalğalanan Türkiyə bayrağının ipi qırılıb və bayraq yerə düşüb. türk mediasına istinadən xəbər verir ki, hadisəni görən vətəndaşlar dərhal bayrağı yerdən götürərək ehtiramla qatlayıblar. Daha sonra bayraq aidiyyət
10 iyunÖzəl reabilitasiya mərkəzində ÖLÜM HADİSƏSİ
Abşeron rayonunda özəl reabilitasiya mərkəzinə yerləşdirilən şəxs müəmmalı şəraitdə ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 12-si saat 9 radələrində Goradil qəsəbəsi ərazisində yerləşən "Reself Lite" reabilitasiya mərkəzində baş verib. Belə ki, orada müalicə ala
13 iyunYol polisi əməkdaşı həyat yoldaşının aldığı yol cəriməsini görəndə şok oldu
Türkiyənin Konya şəhərində maraqlı hadisə sosial şəbəkələrdə geniş marağa səbəb olub. Yolun hərəkət hissəsində avtomobilini qaydalara zidd şəkildə saxlayan qadın 1246 lirə məbləğində cərimələnib. xarici mediaya istinadla xəbər verir ki, qadının həyat yoldaşının yol polisi olması hadisəni daha da diqqətçəkə
10 iyunZaqatalada iki nəfəri ilan sancıb, biri ölüb
Zaqatalada iki nəfəri ilan sancıb, biri ölüb. -a istinadən xəbər verir ki, hadisə Yuxarı Çardaxlar kəndində qeydə alınıb. Son üç gündə iki nəfəri ilan sancıb, biri ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir. Məlumata görə, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ailəsin
13 iyunMəzuniyyət gecəsində bıçaqlı dava: 2 nəfər yaralandı
Türkiyənin Kütahya şəhərində liseylərdən birinin məzuniyyət gecəsində baş verən dava zamanı iki gənc bıçaqlanaraq yaralanıb. türk mediasına istinadən xəbər verir ki, hadisənin tərəflər arasında yaranan mübahisə nəticəsində baş verdiyi bildirilir. Mübahisənin qısa zamanda davaya çevrilməsi nəticəsind
11 iyun