XIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir
Bəşəri problemlərin həlli yollarının ən ideal məkanı olan Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Planetin xilası üçün iqlim savaşından qalib ayrılan, xalqları, ölkələri yaxınlaşdıran Azərbaycan yaşıl diplomatiya müzakirəsinin ardınca bu dəfə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunu müzakirə etdi. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə işə başlayan XIII Qlobal Bakı Forumunda dünya düzəninin aktual problemləri, sülh və təhlükəsizliyə təhdidlər geniş müzakirə mövzusu oldu.
Dünyanı sülhə, ədalətə səsləyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin illərdir uğurlu fəaliyyəti ilə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Martın 12-də Bakıda nüfuzlu dövlət və hökumət başçılarının, beynəlxalq ekspertlərin iştirak etdiyi XIII Qlobal Bakı Forumunum açılışı da mühum məqamlarla yadda qaldı. Forumda Prezident İlham Əliyev geniş məzmunlu çıxışı ilə Bakıdan dünyaya Azərbaycanın haqq davasını ifadə etmiş oldu.
Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu. "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik", - deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Bu Forumdakı çıxışında da Prezident İlham Əliyev Ermənistanla münasibətlərə toxunub. Bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur. Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: "Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq".
Qeyd edilib ki, Ermənistanla sülhdən sonra ölkəmiz Ermənistanın ərazisindən keçən Orta Dəhlizin genişləndirilməsi üzərində çalışır. "Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik", - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycan Prezidentinin XIII Qlobal Bakı Forumunda çıxışı ölkəmizin regionda və beynəlxalq arenada tutduğu qətiyyətli mövqeyini ifadə etməklə yanaşı, həm də dövlətimizin uzunmüddətli strategiyasının tezizləri idi.
Metin Hüseynov - siyasi sərhçi, politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video